22 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - İki bacının tək qardaşı - “Kamransız bütün tifağımız dağılıb” - Şəhid HEKAYƏTİ
İki bacının tək qardaşı - “Kamransız bütün tifağımız dağılıb” - Şəhid HEKAYƏTİ +
12.10.2016, 12:22

Vətənin qibləgah edən şəhidlər – XXXVIII


Bir mavi gözlü Kamran var idi…

“…Gəncəyə oğlumun andiçmə mərasiminə getmişdik.  Ondan ayrılıb gələndə bir külək qopdu ki, gəl görəsən…  Bəzən  təbiətdə belə olur…Külək əsir, əlindəki nəyicə güclə alıb aparır… Aparmır  … qoparır səndən… Ulayır, hayqırır, aləmi dağıdır külək… Həmin gün də elə idi…  O küləkdən yaman qorxdum, sanki içimdə nəsə qırıldı. Öz-özümə dedim ki, görəsən bu nə külək idi əsdi belə?..  O gündən ürəyimdə bir qorxu gəzdirirdim. Hərdən fikirləşirdim ki, birdən bu ayrılıq küləyi olar.  Elə bil nəyisə qopramışdı o külək məndən…”.

Bu sözləri aprelin 5-də Tərtərdə Talış yüksəkliyində erməni təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Kamran Şirəliyevin anası Elvira xanım deyir.

Sən mənim bir dinarım,
Bir axçam, bir dinarım.
Amandır əsmə külək,
Salarsan birdi narım!.


Modern.az saytı “Aprel şəhidləri” silsiləsindən növbəti həyat hekayətini təqdim edir.

Şəhid anasının dediklərindən:

“Dədə- babadan elə bu Mərdəkan kəndinidə yaşayırıq. Üç övladımız olmuşdu, qızlarım Məsmə və Aysel Kamrandan böyükdürlər. Kamran 1994-cü ildə fevral ayının 28-də doğulmuşdu.  Mərdəkandakı Hacı Zeynalabdin Tağıyev adına məktəbin 9-cu sinfini bitirəndən sonra,  Texniki Peşə Liseyinə getdi. Orda  tarktorçuluq peşəsini öyrəndi. Heç boş dayanmağı sevməzdi.  Gah usta yanında işlədi, gah quşçuluq fabrikində... Fikri-zikri o idi ki, ata-anasına kömək etsin,  gözə görünən  evimiz olsun. Aylıq maaşını alan kimi, evin əyər-əysiyini alıb gətirirdi ki, təmirə başlayacaq.  Ən böyük arzusu  evimizi təmirli görmək idi. Nə bilim vallah… o qədər arzuları var idi ki, balamın… Hansı birini deyim… 2015-ci ilin iyul ayının 7-də Kamranı Vətənə xidmət etməyə yola saldqıq…



Atası da , mən də xəstəyəm. “Aprel  döyüşləri” başlayanda bizə heç xəbər verən olmadı. Ancaq iş yerində mənimlə işləyən rəfiqəm var, onun oğlu da ön cəbhədə idi.  Ana kimi o da narahat idi. Mən lap çox narahat oldum. Mənə dedi ki, “ay qız, sən niyə narahat olursan, sənin oğlun ki, arxa cəbhədədir”.  Analar hər şeyi hiss edərmiş… Ürəyim əsim-əsim əsirdi köksümdə.  Axırıncı dəfə  martın 29-da hamımızla danışdı. Kefi də yaxşı idi. Əsgərliyindən razılıq edirdi. Elə bil əsgər gedəndən sonra bir az da kişiləşmişdi. Arxayınlaşdım həmin gündən sonra.  Ancaq axırıncı dəfə aprelin 3-də zəng vurdu. Onda bizimlə az danışdı. Atası ilə isə danışanda son sözü bu oldu:

-Ata özündən muğayat ol!.

 Atası da qayıdıb dedi ki, “mən yox e… a bala, sən özündən muğayat ol”.

Heç bizi ön cəbhədə olmasından da agah eləmdi. Sən demə oğlum bizimlə vidalaşırmış”.




Beləcə, həmin axşam valideynləri, doğmaları son dəfə səsini eşidib, heç özləri də bilmədən  vidalaşıblar Kamran Şirəliyevlə. Kamran isə bilirdi ki, döyüşə gedir… Atasını dünyalar qədər istəyirdi, atası üçün həmişə nigaran idi, çünki bilirdi ki, atasının ürəyi xəstədir. Onu hər sözdən, xəbərdən qoruyurdu, onu ağır iş görməyə qoymurdu…

 
…Sonra  aprelin 5-i olacaqdı. Elvira xanım  iş yerində qərar tapmayacaq, gah tikişi düz vurmayacaq, gah  tikiş iynəsini qoyduğu yeri itirəcəkdi. Ancaq həyəcanı keçməyəcəkdi ki, keçməyəcəkdi. Ürəyi köksündə çırpınarkən, dərzi qızlardan biri,  administratorun otağında onu gözləyənlərin olduğunu deyib. Elvira qaçaraq, gözləyənlərin yanına gedir.  Tanımadığı adamlar əsgərlərdən danışırlar, sonra  deyirlər ki, “oğlunuz yaralıdır, hərbi hospitaldadır.  Evə gedin, indi evə gətirəcəklər…”.


Oğul yolu gözləyən analar bilər, bu sözün ağırlığını, yükünü, ağrısını. Elvira xanım özünü itirməyib, “əgər hospitaldadırsa, məni aparın da, evə niyə gətirirsiniz, onda deyin ki, oğlum yoxdur…” deyə bilib… sonra  onu  evlərinə gətiriblər.


Aprelin 5-dən 6-na kimi oğul yolu gözləyib Faiq Şirəliyevlə Elvira Şirəliyeva. Səhər saat 6-da  Kamranı gətiriblər. Mərdəkan küçələri belə izdiham görməmişdi.  Bütün kənd, Xəzər rayonu  şəhidini qarşılayırdı. Vətən ayaq üstə idi. Hamı Vətən uğrunda döyüşmək üçün and içdi: “Bu qan yerdə qalmayacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz!”.
Kamran Şirəliyevi Vətən torpağına əmanət edərkən tabutuna bükülmüş bayrağı atası Faiq Şirəliyevə verdilər. O da öpüb gözünün üstünə qoydu şanlı bayrağı.




- Əvvəl isti-isti idi. Gəlib-gedən də çox idi,- deyir Faiq Şirəliyev.
“İndi bu həyətdə hər  qarışda yeri görünür  Kamranımın. Arxam, dayağım idi. Atalarda bir söz var, oğulun öz yeri, qızın öz yeri. Kamransız bütün tifağım dağılıb. Mənim qocalığımda dayağım olacaqdı, kürəyimi ona söykəyəcəkdim. Özü də ailəcanlı, qeyrətli oğul idi.  Nə danışım… Hər gün onun söhbəti gedir bu evdə… Bacılarının üzünə baxa bilmirəm… Ovuda bilmirəm Məsmə ilə Ayselimi. Kamran sağ olanda anası da, mən də müalicə alırdıq, indi … daha  həkimlərə müraciət etmirik, harda qırılarsa, qırılsın…”.

       
Bacıları Məsmə və Ayseldən soruşuram qardaşları Kamranı. İki bacının gözləri yenə bulağa dönür, göz yaşaları yanaqlarından sinələrinə düzülür.

      
-  Qardaşımı heç unuduram ki… heç yaddan çıxır ki, onun kimi qardaş yox idi, – Məsmə danışır. Tez-tez gəlib qapımı açırdı, oğlumu sevindirirdi. Axırıncı dəfə  dayanacaqda görüşdüm, yola saldım onu. Dedi ki, “bacı, bax gör burda mənim kimi qəşəng oğlan var”. Sevinirdim qardaşıma görə, fəxr edirdim. Qardaşımın gözləri dəniz rəngində idi, dəniz kimi çılğın idi, həyatsevər idi. O bir kimsəni incitməmişdi. Bütün qonşuların, dostların harayına çatırdı. At üstünə minəndə cəngavərə bənzəyirdi. Öz atı var idi, minəndə deyirdi ki, bu at məni muradıma çatdıracaq. Muradı gözündə qaldı qardaşımın. Nə yaşadı ki, adamın da 22 yaşında qardaşı ölər?! Kamran ölən gündən biz hamımız ölmüşük, indi onunla görüşəcəyimiz günü gözləyirəm. Əlimdən nə gəlir ki…

Gəmi gəldi yan oldu,
Gecə keçdi, dan oldu.
Qardaşım  vaxtsız öldü,
Ürəyim al qan oldu.

Aysel də qardaşından danışdı. Qolundakı bilərziyi göstərib dedi ki, ona qardaşından yadigar bir bu gümüş bilərzik qalıb. Bir də onu dedi ki, bu yerlərin adət-ənənələrinə görə qız-gəlinlər, kişilərlə əl verib görüşməzlər, lap qardaşları olsa belə, onu qucaqlayıb öpməzlər. İndi qardaşı ilə qucaqlaşıb-görüməməyi özünə bağışlamır. Elə istəyir ki, bircə dəfə qardaşının boynuna sarılıb, onun ətrini sinəsinə çəksin, qoxlasın doyunca:


- Mən qardaşımdan doymadım. Məsmə ərə gedəndən sonra, məbəxdə yemək süfrəsinə oturanda Kamran həmişə darıxırdı. Deyirdi ki, indi birimiz yoxuq. Çox istəyirdi Məsməni. Deyirdi ki, hər yerdə Məsmənin yeri görünür. İndi bax elə, özünün dediyi kimi, kimsə çatışmır, öyrəşmək olmur qardaşsızlığa, hər yerdə əllərinin izi, nişanəsi qalıb. Mənim qardaşımın toyu da olmadı, onun üçün xonşalar bağlamıdıq, onun üçün bu həyətdə “Vağzalı” çalınmadı...  barı bir dəfə əsgər paltarında görəydim, öyünəydim onunla... Əsgər paltarında  tabutunu gətirdilər Kamranımızın...


Əziziyəm dadı var,
Yaman şirin dadı var.
Yüz igid arasında,
Qardaşımın adı var.

Hərbi hissəyə yetişəndən sonra Kamran bir vərəqə qayıdacağı tarixi də qeyd etmişdi:   08.07.2015- 01.01.2017



Kamran həyatsevər idi, dənizi sevirdi, atları sevirdi, təbiəti sevirdi. Əsgərliyə gedəndə Xəzərin sahilində atı ilə son yürüşünü etmişdi.  Elə bilirdi ki, qayıdacaq... Kamranın atı onu arzularına çatdırmadı...

P.S. Bizim şəhidlərimiz  1992-ci ildən bəri Vətənimizin azadlığı uğrunda qan tökürlər, baş daşlarına dönüb  məzarlıqlarda bitirlər. Onların qəhrəmanlıq tarixlərini unutmayın, onları hər gün yad edin, bizim Şərəf tariximizdirlər. Onların  bu qanlı mübarizələrini 14 əsr sonra da yaşatmağı bacarın. Azərbaycan, azərbaycançılıq, türkçülüyümüz, torpaqlarımız  uğrunda şəhid olanlarımızı unutmayın. Onların müsibəti Kərbəla müsibətindən də qanlıdır, faciəlidir. Qəhrəmanlıqlarla dolu azərbaycançılıq, türkçülük tariximizi gələcəyə daşıyın.


Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
"Astana üçlüyü" Moskvada görüşür
22.10.2018, 20:15

"Astana üçlüyü" Moskvada görüşür

İlham Əliyev: “Son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb”
22.10.2018, 20:02

İlham Əliyev: “Son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb”

Biləsuvar gömrüyündə nəzarət gücləndirilir - avtomobillər daha dəqiq yoxlanılacaq
22.10.2018, 19:36

Biləsuvar gömrüyündə nəzarət gücləndirilir - avtomobillər daha dəqiq yoxlanılacaq

İlham Əliyev macarıstanlı həmkarını təbrik etdi
22.10.2018, 18:49

İlham Əliyev macarıstanlı həmkarını təbrik etdi

Astarada soyğunçuluq edən şəxs saxlanıldı
22.10.2018, 18:47

Astarada soyğunçuluq edən şəxs saxlanıldı

Prezident məktəb tikintisinə 1 milyon manat ayırdı
22.10.2018, 18:17

Prezident məktəb tikintisinə 1 milyon manat ayırdı

İmişlidə yaşayış binasının tikintisinə 3 milyon manat ayrıldı
22.10.2018, 18:14

İmişlidə yaşayış binasının tikintisinə 3 milyon manat ayrıldı

Sarayda yolu keçən piyadanı avtomobil vurdu
22.10.2018, 18:07

Sarayda yolu keçən piyadanı avtomobil vurdu

Ceyhun Bayramov “Zəngi” liseyinə yeni direktor təyin etdi
22.10.2018, 18:03

Ceyhun Bayramov “Zəngi” liseyinə yeni direktor təyin etdi

Mərkəzi Elmi Kitabxananın direktoru “Qızıl xaç” ordeni ilə təltif edilib
22.10.2018, 18:02

Mərkəzi Elmi Kitabxananın direktoru “Qızıl xaç” ordeni ilə təltif edilib

Milli Məclis bu hallarda buraxıla bilər - Daxili Nizamnamədə yeni maddə - İLK DƏFƏ   
22.10.2018, 17:51

Milli Məclis bu hallarda buraxıla bilər - Daxili Nizamnamədə yeni maddə - İLK DƏFƏ  

Xanım Qafarovanın qızı Mahsun Kırmızıgüllə filmə çəkilir
22.10.2018, 17:44

Xanım Qafarovanın qızı Mahsun Kırmızıgüllə filmə çəkilir

Məşhur robot Prezidentə təqdim olundu - FOTOLAR
22.10.2018, 17:38

Məşhur robot Prezidentə təqdim olundu - FOTOLAR

Azərbaycandakı sığorta şirkətlərinin reytinq cədvəli açıqlanıb   
22.10.2018, 17:32

Azərbaycandakı sığorta şirkətlərinin reytinq cədvəli açıqlanıb  

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində seminar - FOTO
22.10.2018, 17:26

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində seminar - FOTO

Bakıda “Robo Futbol” turniri təşkil olunacaq
22.10.2018, 17:20

Bakıda “Robo Futbol” turniri təşkil olunacaq

Fransalı merin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək
22.10.2018, 17:15

Fransalı merin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək

Saakaşvili: “Mənim evpulumu anam ödəyir”
22.10.2018, 17:13

Saakaşvili: “Mənim evpulumu anam ödəyir”

Hava Hücumundan Müdafiə bölmələrinin təlimləri davam edir - VİDEO
22.10.2018, 17:10

Hava Hücumundan Müdafiə bölmələrinin təlimləri davam edir - VİDEO

Rusiya Ukraynaya qarşı yeni sanksiyalar tətbiq etdi
22.10.2018, 17:05

Rusiya Ukraynaya qarşı yeni sanksiyalar tətbiq etdi

Manat və dolların bugünkü MƏZƏNNƏSİ 
22.10.2018, 17:04

Manat və dolların bugünkü MƏZƏNNƏSİ 

Dövlət Miqrasiya Xidməti 166 əcnəbini saxladı
22.10.2018, 17:02

Dövlət Miqrasiya Xidməti 166 əcnəbini saxladı

Azərbaycan Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
22.10.2018, 16:59

Azərbaycan Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir

Deputat səlahiyyətlərinin itirilməsi qaydası dəyişdirilir
22.10.2018, 16:56

Deputat səlahiyyətlərinin itirilməsi qaydası dəyişdirilir

Kaşıkçının qətli  ilə bağlı Səudiyyə Ərəbistanın işlətdiyi hiylə ÜZƏ ÇIXDI
22.10.2018, 16:51

Kaşıkçının qətli  ilə bağlı Səudiyyə Ərəbistanın işlətdiyi hiylə ÜZƏ ÇIXDI

Müəllimin başına silah dayayan şagird həbs olundu
22.10.2018, 16:50

Müəllimin başına silah dayayan şagird həbs olundu

Nazirlik: “Kim qazancdan imtina edib, pambığı sahədə çürüdər?”
22.10.2018, 16:44

Nazirlik: “Kim qazancdan imtina edib, pambığı sahədə çürüdər?

Səbuhi Məmmədli 3-cü gün yenə əməliyyat olunacaq   
22.10.2018, 16:34

Səbuhi Məmmədli 3-cü gün yenə əməliyyat olunacaq  

Bakıda 19 nəfəri aldadan bağça müdirinin məhkəməsi başladı 
22.10.2018, 16:20

Bakıda 19 nəfəri aldadan bağça müdirinin məhkəməsi başladı 

Bu müəllimlərin maaşı artırılacaq - Rəsmi
22.10.2018, 16:12

Bu müəllimlərin maaşı artırılacaq - Rəsmi

Bakıda məhbuslara kitab bağışladılar - FOTOLAR
22.10.2018, 16:07

Bakıda məhbuslara kitab bağışladılar - FOTOLAR

Kərəm Həsənov qanunsuz tikililərlə bağlı TAPŞIRIQ verdi
22.10.2018, 16:02

Kərəm Həsənov qanunsuz tikililərlə bağlı TAPŞIRIQ verdi

Onlara yeni mənzillər veriləcək 
22.10.2018, 15:58

Onlara yeni mənzillər veriləcək 

Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır - EKSKLÜZİV    
22.10.2018, 15:56

Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır - EKSKLÜZİV  

Deputatları cəzalandırma qaydasında YENİLİK - Sözünü kəsmək, iclasdan çıxarmaq, töhmət...
22.10.2018, 15:52

Deputatları cəzalandırma qaydasında YENİLİK - Sözünü kəsmək, iclasdan çıxarmaq, töhmət...

Axşamın HAVASI: Külək əsəcək
22.10.2018, 15:47

Axşamın HAVASI: Külək əsəcək

Elmar Vəliyevin oğlu vəzifəsindən istefa verdi
22.10.2018, 15:43

Elmar Vəliyevin oğlu vəzifəsindən istefa verdi

Abituriyent və bakalavrların nəzərinə: “UNEC-də bir gün”
22.10.2018, 15:36

Abituriyent və bakalavrların nəzərinə: “UNEC-də bir gün”

Piyadanın ölümündə təqsirləndirilən yol polisi əməkdaşı azadlığa çıxdı
22.10.2018, 15:30

Piyadanın ölümündə təqsirləndirilən yol polisi əməkdaşı azadlığa çıxdı

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi
22.10.2018, 15:17

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi

Azərbaycanda ölüm hallarının 5 əsas SƏBƏBİ   
22.10.2018, 15:10

Azərbaycanda ölüm hallarının 5 əsas SƏBƏBİ  

Bakıda körpənin ürəyini dayandırıb əməliyyat etdilər
22.10.2018, 15:03

Bakıda körpənin ürəyini dayandırıb əməliyyat etdilər

Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR   
22.10.2018, 14:55

Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR  

Ermənistan parlamenti seçki məcəlləsinə dəyişikliyi qəbul etmədi
22.10.2018, 14:45

Ermənistan parlamenti seçki məcəlləsinə dəyişikliyi qəbul etmədi

Yol polisi sərxoş sürücüləri cərimələdi - REYD
22.10.2018, 14:44

Yol polisi sərxoş sürücüləri cərimələdi - REYD

Eldar Əzizov Ticarət və Xidmət Departamentinin direktorunu işdən çıxardı
22.10.2018, 14:43

Eldar Əzizov Ticarət və Xidmət Departamentinin direktorunu işdən çıxardı

Bu il uşaqlara ən çox verilən adlar - SİYAHI   
22.10.2018, 14:30

Bu il uşaqlara ən çox verilən adlar - SİYAHI  

Deputat seçiciləri ilə görüşdü
22.10.2018, 14:23

Deputat seçiciləri ilə görüşdü

Azərbaycanda qadın hakim istefa verdi
22.10.2018, 14:22

Azərbaycanda qadın hakim istefa verdi

Noyabrda ardıcıl 3 gün iş olmayacaq
22.10.2018, 14:13

Noyabrda ardıcıl 3 gün iş olmayacaq

ARXİV