Modern.az

Millimizdən imtina edən futbolçu: “Azərbaycan qarşısında niyə günahkar olmalıyam?”

Millimizdən imtina edən futbolçu: “Azərbaycan qarşısında niyə günahkar olmalıyam?”

12 Oktyabr 2016, 13:37

Rusiya yığma komandasının və “Lokomotiv” klubunun azərbaycanlı yarımüdafiəçisi Aleksandr Səmədov Sports.ru saytına geniş müsahibə verib. Modern.az saytı xəbər verir ki, müsahibəsində Aleksandr Səmədov Azərbaycan yığmasının heyətində çıxışdan imtina etməsininin səbəblərini izah etməyə çalışıb.

32 yaşlı Səmədov Rusiyada böyüyən daha bir azərbaycanlı futbolçu Ramil Şeydayevin Azərbaycan yığmasında çıxış etmə qərarını da şərh edib.

 

“İlk dəfə 18 yaşım olanda Azərbaycanda çıxış etmək təklifi aldım. Mən doğurdanmı vətəndaşlığımı dəyişə bilərdim? Dəyişə bilərdim,  amma atamla oturduq və hər şeyi götür-qoy etdik. O zaman qərar verdim: Rusiya yığmasında oynamaq istəyirəm. Atam isə məni dəstəklədi: “Gözlə və səni mütləq çağıracaqlar”.
Azərbaycan qarşısında özümü günahkar hiss edirəm? Yox, niyə ki? Mən nədə təqsirkaram? Atam Bakıda doğulub, lakin 40 ildən çoxdur ki, Rusiyada yaşayır, anam isə rusdur. Mən moskvalıyam, burada böyümüşəm, futbol oynamağı burada öyrənmişəm və həmişə yığmada oynamağı arzulamışam. Tanrıya şükür, hər şey məndə alınıb”.

 

32 yaşlı Səmədov Rusiyada böyüyən digər azərbaycanlı futbolçu Ramil Şeydayevin Azərbaycan yığmasında çıxış etmə qərarını da şərh edib.

 

“Şeydayevin qalmaqallı əhvalatından xəbərdaram. Açığı heç vaxt onunla üz-üzə gəlməmişəm. O, Azərbaycan yığmasında çıxış etməyə qərar verib və bu onun hüququdur. Əgər Rusiya yığmasından danışırıqsa, mən milliləşdirmənin əleyhinəyəm. Gənclərə şans vermək lazımdır”.

 

 

Vüqar İSMAYILOV     

 


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!