Modern.az

“Rauf Arifoğlunun təklifini dəyərləndirdim”

“Rauf Arifoğlunun təklifini dəyərləndirdim”

13 Oktyabr 2016, 12:07

“Son vaxtlar başım ssenari yazmağa qarışıb deyə, Korrespondent.az saytına kifayət qədər vaxt ayıra bilmirəm. Artıq saytı yenidən tərtib etdim.Yaxın vaxtlarda bütün diqqətimi Korrespondent.az-a yönəldəcəm”.

Bunu Modern.az-a açıqlamasında tanınmış jurnalist, Korrespondent.az saytının rəhbəri Aygün Muradxanlı deyib.

 

Xanım jurnalist, yenidən “Yeni Müsavat” qəzetində işə başlaması xəbərinə də münasibət bildirib.

 

““Yeni Müsavat” qəzetində yazılarımın dərc olunmasından sonra hər kəs elə bildi ki, rəhbəri olduğum sayt fəaliyyətini dayandırıb. Əslində, belə deyil. Sadəcə, Rauf Arifoğlu “Yeni Müsavat” üçün də yazılar yazmağımı bir neçə dəfə təklif edib. Düşündüm ki, Rauf bəyin təklifini dəyərləndirmək heç də pis olmaz.Ona görə də ara-sıra “Yeni Müsavat” üçün də yazılar yazacam”.

 

Xatırlaqdaq ki, Aygün Muradxanlı uzun müddət “Yeni Müsavat” qəzetində çalışıb.

 

Namidə BİNGÖL

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir