Modern.az

Oktyabrda Azərbaycanda 33 nəfər intihar edib

Oktyabrda Azərbaycanda 33 nəfər intihar edib

2 Noyabr 2009, 15:52

Dünyanın bəzi ölkələrində olduğu kimi, Azərbaycanda da intihar edənlərin sayı artmaqdadır. Modern.az sentyabrın əvvəlindən mətbuatın intihar edənlərlə bağlı məlumatları əsasında aylıq hesablama aparır. Medianın xəbər verdiyi bu intihar hadisələri hüquq-mühafizə orqanları tərəfindən də təsdiqlənib. Bizim statistika göstərir ki, son vaxtlar Azərbaycanda intihar edənlər arasında özünü qumbara ilə partladanlar, binaların hündür mərtəbələrindən atılanlar da var. Beləliklə, Modern.az oktyabr ayında 33 intihar faktı qeydə alıb. Həyatlarına qəsd edənlərin 9 nəfəri qadındır. Onlardan üç nəfəri özünü asıb, üçü özünü yaşadığı binaların müxtəlif mərtəbələrindən atıb, bir nəfər ülgüclə damarlarını doğrayaraq  intihar edib. Sabirabad rayon sakini olan 31 yaşlı Xoşbəxt Əhmədova isə Bakıda "Femida" MMC-nin hüquq məsləhətxanasında özünü bıçaqlayaraq həyatına qəsd edib. Otən ay özünə qəsd edənlərin iki nəfəri məktəbli olub. Lənkəran rayonu Nərimanabad qəsəbəsində bir 11-ci sinif şagirdi və Göygöl rayonunda 15 yaşlı yeniyetmə özünü asıb. Oktyabr ayında intihar edənlərin 22 nəfəri kişidir. Onların 15 nəfəri özünəqəsdi asmaq yolu ilə həyata keciriblər. Özlərini öldürənlərin iki nəfəri məcburi köşkündür. Xəstəlikdən əziyyət çəkdiyi bildirilən 29 yaşlı Əhməd Əhmədov Ağdam rayonunda, kəlbəcərli Sabir Həsənov isə məskunlaşdığı Gəncə şəhərində özünü asıb. Ötən ay Bakıda 34 yaşlı şirkət rəhbəri, Laçın rayonunda anadan olan, "Oray" MMC-nin rəhbəri Qaşqay Həsənov da özünü kəndirlə asıb. Q.Həsənov tikinti biznesi ilə məşğul olmazdan əvvəl hərbci olub. Qarabag savaşında xidmətlərinə gorə, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Mərhumun ölümündən əvvəl yazdığı məktubda borclu olduğu adamların adları və borcun məbləği yazılıb. Binəqədi rayon Prokurorluğundan verilən məlumata gorə, məktubda mərhumun 6-7 nəfərə ümumilikdə 60 min manatadək borclu oldugu göstərilib. Oktyabrda Bakıda milliyətcə rus olan 62 yaşlı biznesmen Aleksandr Yuriyev borca düşdüyünə görə, özünü tapança ilə vurub. Rus milliyətindən olan 60 yaşlı Antosin Vladimir Aleksandroviç isə özünü asıb. Ötən ay qeydə alınan statistika özünəqəsd hallarının müxtəlif üsullarla həyata kecirildiyini göstərir. Məsələn, 42 yaşlı Şəki rayon sakini Rəhman Zakirov özünü qumbara ilə partladıb, Suraxanı rayon sakini 25 yaşlı Rauf Səmədov yaşadığı binanın 9-cu mərtəbəsindən atılıb, 18 yaşlı Ucar rayon sakini Etibar Abdullayev isə ov tüfəngi ilə özünə qəsd edib. Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Atalar Mehdiyev əvvəlcə arvadını ailə münaqişəsi zəminində balta ilə vurub, sonra özünə bıçaqla çoxsaylı xəsarətlər yetirərək intihar edib. Ötən ayın son intiharı Suraxanı rayonunda qeydə alınıb. Abşeron Rayon Polis İdarəsi dəftərxanasının müdiri 51 yaşlı Nizami Babayev yaşadığı mənzildə özünü asıb.

Oktyabr ayında 21 nəfər intihara cəhd edib. Xoşbəxtlikdən həmin şəxslər sağ qalıb. Özunə qəsd etmək istəyənlrin 7 nəfəri qadın olub. Sabuncu rayonunda 30 yaşlı  Xudu Xudiyev, Nəsimi rayon Polis Idarəsində isə narkotika satmaqda təqsirli bilinən 56 yaşlı Zakir Kazımov bıçaqla özlərinə xəsarət yetiriblər. Ağır Cinayətlərə Dair İslər üzrə məhkəmədə narkotika alverində təqsirli bilinərək barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarılmasına etiraz edən Natiq Zeynalov kəsici alətlə özünə xəsarət yetirib. Yasamal rayonunda Yeganə Həsənova ailə münaqişəsi zəminində xlor içib. İkinici qrup Qarabağ əlilləri 46 yaşlı Füzuli Əliyev 1 saylı Şəhər Xəstəxanasında tibb müəssisəsinə qəbul edilməməsinə etiraz olaraq qollarını kəsib, 34 yaşlı Füzuli Hüseynov isə Yasamal rayon Sosial Təminat İdarəsində ona arayış verilməməsinə görə özünü 3-cü mərtəbədən atıb. Sumqayıtda Gülbəniz Məmmədova, Bakıda Milli Park ərazisində Salatın Əliyeva özlərini dənizə atıblar. Gəncədə Zülfiyyə Məmmədova intihar məqsədi ilə dərman içib, 30 yaslı Ziyafət Bayramova adlı qadın isə üstünə neft tökərək özünü yandırıb.

Xatırladaq ki, Modern.az-ın sentyabrda apardığı statistikada 31 nəfərin özünü öldürməsi qeydə alınmışdı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir