Modern.az

Bakıda daha bir univeristet müəllimi dərsdə öldü

Bakıda daha bir univeristet müəllimi dərsdə öldü

13 Oktyabr 2016, 12:15

Bu gün Bakıdakı universitetlərdən birində ölüm hadisəsi baş verib.

Modern.az  saytı Lent.az-a istinadən xəbər verir ki, Bakı Biznes Universitetində dərs deyən tanınmış alim, professor Qüdrət Əbdülsəlimzadə dərs zamanı auditoriyada vəfat edib.

Qeyd edək ki, Q.Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olub. O, Bakı Metropolitenində rəhbər vəzifədə çalışıb və daha sonra pedoqoji fəaliyyətə keçib.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Universitetində də müəllim dərs prosesi zamanı vəfat etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır