Modern.az

AzTV Ukraynadakı müxbiri haqqında deyilənləri təkzib etdi

AzTV Ukraynadakı müxbiri haqqında deyilənləri təkzib etdi

13 Oktyabr 2016, 16:37

AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Möhsüm Aslanov haqqında son günlər bəzi informasiyalar yayılıb. Həmin informasiyaların mərkəzində jurnalistin oğurlanması dayanır. Guya jurnalisti oğurlaya bilmədiklərinə görə Ukraynada yaşayan soydaşlarımızı oğurlayıblar. Digər tərəfdən, guya, yayılan məlumatlar həqiqəti əks etdirdiyindən, jurnalist işindən azad edilib.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti  (AzTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Modern.az-a açıqlamasında yayılan informasiyaların əsassız olduğunu deyib.

 

“Möhsüm Aslanovun haqqında yayılanların hamısı iftiradır. Elə bir şey yoxdur. Jurnalist işinin başındadır”.

 

Qeyd edək ki, Möhsüm Aslanov, şəxsi  Facebook səhifəsində haqqında yazılanların böhtan və iftira olduğunu bildirib.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi