Modern.az

Türkiyəli nazir: “Rusiya 5 rayonun Azərbaycana qaytarılmasını təklif edib”

Türkiyəli nazir: “Rusiya 5 rayonun Azərbaycana qaytarılmasını təklif edib”

13 Oktyabr 2016, 16:54

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasında çıxış zamanı Qarabağ münaqişəsinə toxunub.

 

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, deputat Qənirə Paşayevanın Qarabağ münaqişəsinin həllində Türkiyənin ATƏT üzvü kimi atacağı addımlar barədə sualına Mövlud Çavuşoğlu belə cavab verib.

 

“Rusiya ermənilərin Azərbaycanın işğal altındakı 5 rayonu qaytarması barədə məntiqli təklif irəli sürüb. Hazırda bu variant müzakirə mərhələsindədir. Təklifin qəbul olunacağı halda problem həll olunacaq. Azərbaycan da bunu istəyir. Türkiyə öz növbəsində Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır”.

 

Vüqar İSMAYILOV   

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi