Modern.az

Milyarderlər yoxsullaşır: Amma onların sayı da artır

Milyarderlər yoxsullaşır: Amma onların sayı da artır

13 Oktyabr 2016, 20:02

Dünyadakı milyarderlərin ümumi sayı 2015-ci ildə 50 nəfər çoxalıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, beləliklə, onların sayı 1397 olub. Bununla belə, onların ümumi sərvəti 305 milyard dollar azalaraq 5,1 trilyona çatıb.

Bu haqda UBS bankının və "PricewaterhouseCoopers" auditor şirkətinin araşdırmasında qeyd edilir.

Araşdırma nəticəsində məlum olub ki, ötən il hər bir milyarder 262 milyon dollar dəyərində kasıblaşıb.

Araşdırma müəllifləri müəyyən ediblər ki, Asiyada 2015-ci ildə hər 3 gündən bir yeni milyarder peyda olub. ABŞ-da isə bütün il ərzində 5 yeni milyarder ortaya çıxıb.

 

Yeni milyarderlərin əksəriyyəti – yeni iş adamlarıdır. Onlar gəlirlərini daşınmaz əmlakda, texnologiya biznesindən, yaxud ticarətdən əldə ediblər.

 

ABŞ ölkədə yaşayan milyarderlərin sayına görə dünyada birinci yerdədir. Ancaq ötən il onların tərkibi ciddi dəyişib: siyahıya 41 yeni soyad yazılıb, 36 nəfər isə siyahını tərk edib.

 

Avropa varlılığın saxlanılması üçün daha əlverişli region olub: müxtəlif nəsillərə mənsub avropalı milyarderlər 2015-ci ildə dünyanın başqa səmtlərindəkindən daha az ziyana düşüblər.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi