Modern.az

Cahangir Hacıyevə hökm oxundu - 15 İL - YENİLƏNİB

Cahangir Hacıyevə hökm oxundu - 15 İL - YENİLƏNİB

14 Oktyabr 2016, 14:14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.


Məhkəmənin hökmü ilə Cahangir Hacıyev 15 azadlıqdan məhrum edilib. 

 
Məhkəmənin hökmü ilə Cahangir Hacıyevdən 63 milyon manat tutulacaq və Beynəlxalq Banka ödəniləcək.


Digər təqsirləndirilən şəxslər - Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Məhəmməd Cahangirov 7 il 6 ay, Kənan Orucov 7 il 23 gün müddətlərinə azadlıqdan məhrum ediliblər.

 

Xatırladaq ki, dövlət ittihamçısı  C.Hacıyevə 17 il, A.Sultanov, İ.Abdullayev, M.Cahangirov, K.Orucovun hər birinə 8 il, İ.Hüseynovla Y.Ələkbərova 11 il və A.Cavadova isə 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasının verilməsini istəmişdi. Həmçinin dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməsini də tələb edib.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

 

 

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir