Modern.az

Bu sahibkarlar dövlət rüsumu ödəməyəcək

Bu sahibkarlar dövlət rüsumu ödəməyəcək

14 Oktyabr 2016, 14:06

 

İnvestisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar dövlət rüsumu ödəməyəcək.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu, "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

 

Sözügedən qanuna təklif olunan 3.3-cü maddəyə əsasən, investisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir