Modern.az

Tapdıq Abbas baş redaktorların Naxçıvan səfərinə niyə aparılmadı?..

Tapdıq Abbas baş redaktorların Naxçıvan səfərinə niyə aparılmadı?..

14 Oktyabr 2016, 15:19

“Mətbuat Şurası ilə Media Ombudsmanı arasında son 2 ildə əlaqələr xeyli genişlənib. Fəaliyyət və münasibətlər möhkəmlənir”.

 

Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Tapdıq Abbas deyib.

 

 Onun sözlərinə görə hər iki qurum arasında tez-tez görüşlər keçirilir.

“Media  Ombudsmanı  ilə Mətbuat Şurası arasında əlaqələr var. Müəyyən tədbirlərdə birgə iştirak həyata keçirilir. Bir neçə rayonda Ombudsmanla birgə tədbirlər həyata keçirmişik. Ombudsman aparatı ilə Mətbuat Şurası izahat işləri aparıb. Əsas məqsəd jurnalistlərin peşəkarlığının artırılması, peşə-davranış qaydalarına əməl edilməsi və reketçiliyə qarşı məsələlər müzakirə olunub. Ombudsmanın vəzifəsi jurnalistlərin hüquqlarını qorumaq, onların hüquqlarını izah etmək və maarifləndirməkdir”.

 

Tapdıq Abbas jurnalistlərin Naxçıvana təşkil edilən səfərinə də münasibət bildirib.

“Hər halda, Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin bir hissəsi tədbirə dəvət olunub. Mən isə dəvət olunmamışam. Bu da normaldır. Tədbirə gedənlər məhdud saydadır. Tədbirə dəvət olunmadığıma görə narazılığım yoxdur”

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu