Modern.az

Faiq Qarayev: “Yaşlanıram, ...İmkan verilsə, bu işin öhdəsindən gələcəm”

Faiq Qarayev: “Yaşlanıram, ...İmkan verilsə, bu işin öhdəsindən gələcəm”

15 Oktyabr 2016, 10:03

Bir neçə gün öncə "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti"nin sədri Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçildi.

 

Bundan öncə isə federasiyaya Ziya Məmmədov rəhbərlik edirdi. Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev Modern.az-a açıqlamasında federasiyadakı dəyişikliklərdən danışıb. “Çox güman ki, Voleybol Federasiyasında ciddi dəyişikliklər olacaq. Vitse-prezidentlik, baş katiblik kimi vəzifələrə yenidən baxılacaq. Sadəcə, nələrin olacağını söyləmək çətindir. Yeniliklər gələn həftədən olacaq. Yəqin ki, planlaşdırma da aparılacaq”.

 

Faiq Qarayev Cavid Qurbanovun federasiyaya təyinatına da münasibət bildirib. “Cavid Qurbanovun federasiyaya prezident təyin olunmasından sonra da yeniliklər olacaq. Biz sadəcə, bu işlərin voleybola fayda verəcəyini arzulayırıq. Azərbaycanda voleybol inkişaf etsin, yaşasın. Cənab Prezidentin göstərişinə hörmətlə yanaşırıq. Cavid Qurbanovun da işinin öhdəsindən layiqli gələcəyinə inanırıq. Eyni zamanda, Ziya Məmmədov 20 il Voleybol Federasiyasının prezidenti olub. Bu federasiya sıfırdan fəaliyyətə başlayıb. Bu illər ərzində çox işlər görülüb. Qalibiyyətlər əldə edilib. Ümid edirəm ki, bundan sonra da belə olacaq” Federasiyanın vitse-prezidenti vəzifəsinə gəlincə, Faiq Qarayev hər şeydən öncə, məşqçi olduğunu xatırladıb.

 

“Voleybol Federasiyasının yenidən vitse-prezidenti olacağım barədə nəsə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, mən məşqçiyəm. Hər zaman da məşqçi kimi çalışmağa üstünlük vermişəm. Yenə də məşqçi olmaq istəyirəm. Komandamı Avropa çempionatına çıxarmaq istəyirəm. Bir məşqçi kimi buna çalışıram. Həm də yavaş-yavaş yaşlanıram. Eyni zamanda, mənə bu imkan veriləcəyi təqdirdə bunu həyata keçirməyə hazıram. Çünki bu, hələ təsdiq olunmayıb. Bunlar mənim fikirlərimdir”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir