Modern.az

Komitə sədrindən MƏSLƏHƏT: “Şadlıq evi kimi işlədə bilmirsə, yasxana kimi ...”

Komitə sədrindən MƏSLƏHƏT: “Şadlıq evi kimi işlədə bilmirsə, yasxana kimi ...”

15 Oktyabr 2016, 11:46

“Yasxanalara çevrilmiş şadlıq evlərində ehsan verilərkən ifrata varmaq olmaz”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat bildirib ki, restoran və şadlıq evlərini yasxana kişi işlətməkdə heç bir problem yoxdur:

“Şadlıq evlərinin yas mərasimləri üçün istifadə edilməsi normaldır. Çünki kimsə gərək obyektini şadlıq evi kimi işlədə bilimirsə, onu yasxana kimi çalışdıra bilər.

 

Restoranların, şadlıq evlərinin işləri bir biznes sektorudur. Onlar da fəaliyyətlərinə görə vergi ödəyirlər. Təbii ki, işçiləri üçün də pensiya fonduna pul verirlər.

 

Ancaq istənilən halda yasxana kimi işlədilən şadlıq saraylarında əhali mütləq yeməklərin verilməsində ifrata varmasalar daha yaxşı olar”- deyə Siyavuş Novruzov bildirib.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir