Modern.az

Bakıda evdən küllü miqdarda qızıl və pul oğurlanıb

Bakıda evdən küllü miqdarda qızıl və pul oğurlanıb

16 Oktyabr 2016, 11:00

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb.

 

 

Modern.az-ın məlumatına görə, Mirzə Fətəli Axundov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Hümbətov Yusif Zülfüqar oğlu polisə müraciət edərək bildirib ki, mənzilindən 24 min dollar və 15 min dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

 

O bildirib ki, səhərdən axşamadək mənzildə kimsənin olmadığı vaxt mənzilin mətbəxinin pəncərəsi sındırılıb və yataq otağındakı dolabda saxlanılan pul və qızıllar aparılır.

 

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir