Modern.az

Quba sakini borca görə həmyerlisini bıçaqlayıb

Quba sakini borca görə həmyerlisini bıçaqlayıb

17 Oktyabr 2016, 00:11

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, rayonun Qam-qam kənd sakini 1975-ci il təvəllüdlü  Asəf Məhbud oğlu Ocaqov, rayonun Cimi kənd sakini 1979-cu il təvəllüdlü Oktay Zərifşah oğlu İsrafilovu bıçaqlayıb. Nəticədə  ağır bədən xəsarətləri alan O.İsrafilov Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı əməliyyat olunub: "Oktay İsrafilov döş qəfəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş-deşilmiş yarası, qarın nahiyələrinin kəsilmiş-deşilmiş yırtığları, döş qəfəsinin ön səthinin və qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Əməliyyat olunan yaralının vəziyyəti ağırdır".

Quba Rayon Polis şöbəsindən bildirilib ki, O.İsrafilovu bıçaqlayan Asəf Ocaqov polis tərəfindən saxlanılıb: "Hadisənin tanışlar arasında yaranan borca görə baş verdiyi ehtimal edilir. Daha dəqiq təfərrüatlar isə aparılan araşdırmalardan sonra bəlli olacaq".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir