Modern.az

FHN Gəncədəki bir neçə yanğınla bağlı məlumat yaydı 

FHN Gəncədəki bir neçə yanğınla bağlı məlumat yaydı 

17 Oktyabr 2016, 10:30

 

Fövqəladə Hallar Nazirliyi Gəncədə bir neçə obyektdə baş verən yanğınla bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda bir dam altında tikilmiş, vətəndaşa məxsus, ümumi sahəsi 20 m2 olan dönərxananın yanar konstruksiyaları yanıb.

 

Həmçinin digər vətəndaşa məxsus, ümumi sahəsi 28 m2 olan məişət mallarının satışı mağazası və yaxınlıqda tikilmiş, ümumi sahəsi 8 m2 olan köşkün yanar konstruksiyaları və 9 ədəd şam ağacı (ümumi 65 m2 sahədə) yanıb.

 

Yaxınlıqdakı digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir