Modern.az

Palata “Naxçıvanbak” və “Kapital Bank”a icazə verdi

Palata “Naxçıvanbak” və “Kapital Bank”a icazə verdi

17 Oktyabr 2016, 10:57

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 oktyabr 2016-cı il tarixli qərarına əsasən “Naxçıvanbank” ASC-nin “Ordubad rayon” filialı və “Kapital Bank” ASC-nin “Bakı Limanı” şöbəsinin açılması üçün icazə verilib.

 

Bu haqda Palatanın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, sözügedən banklar tərəfindən struktur bölmələrinin fəaliyyətə başlamaları üçün Palataya daxil olmuş müraciətlər müsbət dəyəndirilmiş və onların açılmasına dair qərar qəbul edilib.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu