Modern.az

Qusarda vəziyyət necədir? - İcra Hakimiyyətindən AÇIQLAMA

Qusarda vəziyyət necədir? - İcra Hakimiyyətindən AÇIQLAMA

17 Oktyabr 2016, 11:36

“Qusar rayonunda qar əsasən Şahdağ istiqamətində yağıb. Heç bir kəndə qar yağmayıb. Amma narın-narın yağış yağır”.

Bunu Modern.az-a açıqlamasında Qusar rayon icra hakimiyyəti başçısının köməkçisi Ağamalıyeva Marina deyib.

 

O bildirib ki, Qusara yağan yağış leysan xarakterli deyil.

 

“Ona görə də rayonda heç bir problem bu saata qədər yaşanmayıb. Əhali qaz, su və işıq təchizatı ilə tam təmin olunub. Məktəblər və yollarda heç bir problem yoxdur.

Hər şey qaydasında davam edir. İcra hakimiyyətinə rayon sakinlərindən hər hansı  bir problemlə bağlı müraciət daxil olmayıb”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?