Modern.az

Papağımı belə qoysam deyəcəklər...

Papağımı belə qoysam deyəcəklər...

17 Oktyabr 2016, 14:13

"Papağımı belə qoysam deyəcəklər...". Elə indi də Məşədilər, Rüstəmlər, Qoçu Əsgərlər var. Bax elə götürək bizim bu Hacı Qubadı. Zalımın balası, 15-ci dəfədir ki, Həcc ziyarətinə gedir, heç Antaliyaya dincəlməyə o qədər getməyib. Arvadı 10 il bundan qabaq rəhmətə gedib, ili çıxan kimi özündən 20 yaş kiçik bir qızı saxlayır, heç evlənməyib də. Övladları ilə də əlaqəni kəsib, indi hər gün südü inəyin birbaşa döşündən əmir. Bu dünyada cənnəti görür, o dünyasının cənnətini də sığortalayıb, özü dediyinə görə. Misalçun, Telman bəy var idi. Deyilənə görə qumarbaz imiş, özü də həmişə də kartı gətirirmiş. Kartdan pul çıxarıb kartlarına pul yatırırmış. Maşın, villa, bağ-bağça. Bir gecə maşınını, o biri gecə villasını, digər gecə bütün bağ-bağcası ...


Yox, hamısını qumarda uduzmadı, maşınını oğlu xırt-xəşil elədi, bağ-bağçanı qumarda uduzdu, evi də bağ-bağçanı uduzmamışdan qabaq yandı. İndi Telman bəyin varlığı ilə yoxluğu bəlli deyil. İflicdir, yataq xəstəsidir. Hələ hamballardan danışmıram. Suyu, çörəyi, yağı günü-gündən bahalaşan məmləkətdə fəhləlik ən axırıncı ümid qapısıdır. Belində yırtığı olan da fəhlədir, qolunda Herakl gücü olan da.


Bir dostum tanınmış şirkətlərin birinin binasında mühafizəçi işləyirdi. Deyirdi ki, xaricdən gələn fəhlə qüvvəsi gününə 120 manat aldığı halda özümüzkülərə 20 manat pul verirdilər. Eşidəndə Məşədinin hambalının bir abbasısına şükr elədim. Bu məqamda bir şeyi kəşf elədim. Dünyada çörəyi daşdan çıxan ölkələr bunlardır: 1. MİSİR (keçmişdə)
2. AZƏRBAYCANDA (həmişə)


Məsələn, həmişə Gülnazların atası qızı ilə razılaşmır, yəni, həmişə Sərvərlər siyasətçil çıxmır, ürəkli olmur. Ona görə də Gülnazlar da, Sərvərlər də sevmədikləriylə evlənirlər. Lap götürək, mənim tanıdığım Nərmin. Qızı 18 yaşında məcburən qohumuna vermişdilər. O da bir neçə il qohumu ilə yaşayıb uşaq doğandan sonra cəld tərpənib nəhayət ki, istədiyi oğlanla qaçdı. Hamı xəbər tutandan sonra boşandılar, indi ikisi də öz həyatlarını yaşayır.


Yazının əhvalat hissəsini keçib əsas məsələlərə gəlmək istəyirəm. Deməli, bu Məşədinin işini görən Qoçular var ki, indi onların "aftoritet", "vorzakon", "lotu", "oğru" variantları var. Azərbaycan gəncliyi "dolya vorovskaya" sədalarıyla uçuruma yuvarlanır. Bütün müşahidələrimdən kitab yaza bilərəm, amma köşələrdə xırda-xırda sizə çatdıracağam.


Hə, əgər yolunuz Papaninə, Xutora, mikrorayonlara, “Əcəmi”yə düşsə, gənclərin hansı işlərlə məşğul olduğunu elə açıq-aydın görəcəksiniz. İndiki gəncliyin beynində cinsiyyət orqanı boy atır. Ət xəstəsi olan bu bədbəxtlər çox təhlükəlidirlər, lap yırtıcı çaqqallar kimi. Çay evləri bunları daimi məkanlarıdır. Ovladıqları qızları çay evlərinə gətirir, 10 manatlıq kabinetdə yaxşıca qaynadır, yeyir, sonra da qırağa atırlar. “Əcəmi”dən  4-cü mikrorayona gedən yolun qırağında dalbadal iyirmiyə yaxın çayxana var. Sultan Mahmudun hərəmxanası onun yanında qələt edir. Hər çayxananın önündə 2-3 pozğun qız dayanır. Ki, müştəriləri cəlb eləsin.


Üç oyuna 7 xal toplayan millimiz həm öz tarixində sensasiya yaradıb, həm də seçmə mərhələlərindəki nəticəsiylə. Məlumumuzdur ki, qapısında qol görməyən 4 komandadan biriyik. O gün Azərbaycan millisinin dalbadal uğurlarına tüklərim biz-biz oldu, çıxdım yağışa ki, tüklərim yatsın. Xülasə, bütün olsunları və olmasınları biri-birinə vurub böləndə yerdə yenə tənqid süzgəcindən keçən insanlar qalib gələcək.


Sonda sizinlə xırda çıxarışlarımdan birini bölüşürəm. Azərbaycan 3 zad dəyişmir: 1. Məleykə Əsədova pafosuyla Vətən şeirlərinin yazılması
2. Niyaməddin Musayevin saçları
3.Bu variantda Azərbaycan milli komandasının məğlubiyyəti ola bilərdi, amma adamın üstündə tavan var, inkişaf gedir.


Çalışın, dəyişin, inkişaf edin, çiçəklənin. Amma çiçəkləriniz Hollandiyada yetişməsin.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir