Modern.az

"Bakısız yaşamaq çox çətindir..."

"Bakısız yaşamaq çox çətindir..."

18 Oktyabr 2016, 08:54

“Bir aydan çox olar ki, Amerikada idim. Həm səhhətimlə bağlı, həm də film çəkilişlərinə görə orada qalmalı oldum. Səhhətimdə yaranan problem stabil olaraq qalır”.

Bunu Modern.az-a açıqlamasında tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib.

 

O, Azərbaycanın siyasi, mədəni həyatında baş verənləri yaxından izlədiyini deyib.

 

“Ölkədən uzaqda yaşasam da, prosesləri yaxından izləyirəm. Azərbaycandakı dostlarla əlaqə saxlayıb, təfərrüatları öyrənməyə çalışıram. Uzaqda, Bakısız yaşamaq çox çətindir”.

 

Tanınmış kinorejissor bir vaxtlar rəhbəri olduğu “İbrus” teatrının hazırkı fəaliyyətinə də aydınlıq gətirib.

 

“Artıq "İbrus" teatrı Bakıda fəaliyyət göstərmir. O zaman bu teatr yaşayış binasında yerləşirdi. Biri-birindən maraqlı tamaşalar nümayiş olunurdu. Daha sonra isə teatrın yerləşdiyi bina dövlətə qaytarıldı. Əslində, “İbrus” teatrı 2018-ci ildə dövlətə təhvil verilməli idi. Lakin bu proses bir neçə il tez həyata keçirildi. Bakıda “İbrus” teatrının  fəaliyyətinə son qoyulsa  da, Moskvada iki il olar ki, eyni adlı teatr fəaliyyətə başlayıb. İldə bir-iki dəfə Bakıdan aktyor heyəti bura gəlib tamaşalar göstərir. Burdakı “İbrus” teatrının çoxlu sayda tamaşaçıları var”.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı