Modern.az

Yollardakı TƏHLÜKƏ: ağzı açıq kanalizasiya quyularına kim CAVABDEHDİR?

Yollardakı TƏHLÜKƏ: ağzı açıq kanalizasiya quyularına kim CAVABDEHDİR?

18 Oktyabr 2016, 10:16

 Son iki-üç gündə Bakıya yağan aramsız yağış paytaxt yollarında ciddi problemlər yaradıb. Bəzi yollarda sürücülər kanalizasiya quyularının qapaqsız olduğunu görməyərək, idarə etdikləri maşını həmin çuxurlara salırlar. Nəticə sürücülərə ciddi zərərə gətirib çıxarır. Bəs bu zərərin məsuliyyətini kim daşıyır?

Modern.az saytı məsələ ilə əlaqədardövlət orqanlarının rəsmiləri və ekspertin fikirlərini öyrənib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr  şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, baş verən bu kimi yol-qəza hadisəsi öncə araşdırılırmalıdır.

 “Araşdırma zamanı xətanın hansı səbəbdən baş verdiyi aydınlaşdırılır. Daha sonra isə inzibati qaydada məsuliyyət tətbiq edilir”.

O, bildirib ki, avtomobilin kanalizasiya quyularına düşməsinin bir neçə səbəbi var.

“Öncə kanalizasiya lyukunun yolun ortasında və ya hərəkət hissəsinin kənarında olduğu araşdırılır. Daha sonra isə kanalizasiya quyusunun ağzının olması əhəmiyyət daşıyır. Hava şəraitinin vəziyyəti araşdırılmalıdır. Burada sürücünün yol və metroloji şəraiti nəzərə alıb-almaması müəyyən edilməlidir. Yolun vəziyyəti və sürücünün seçdiyi sürət həddi nəzərə alınmalıdır. Daha sonra isə məsuliyyəti kimin daşıdığı haqda qərar qəbul edilməlidir”.


Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, avtomobilin lyuksuz kanalizasiya quyusuna düşməsi yol-nəqliyyat hadisəsidir.


“Dərhal hadisə yerinə DYP əməkdaşları çağrılmalıdır. Baş vermiş hadisə  sənədləşdirilməlidir. Avtomobilin zədələnməsi təsdiqlənməlidir. Bundan sonra yolun sahibindən vurulmuş ziyanı tələb etmək lazımdır”.

Ekspert deyib ki, "Yol hərəkatı haqqında" qanuna əsasən, yollarda hərəkətin düzgün təşkil edilməməsinə görə, həmin yol hərəkətini təşkil edən yol sahibi məsuliyyət daşıyır.


“Əvvəla bütün yollarda kanalzasiya quyularının lyukları olmalıdır. Əgər lyuk yoxdursa, kommunikasiya və yol örtüyündə problem varsa, yol hansı qurumun balansındadısa, məsuliyyəti də o qurum daşıyır. Bura “Azəravtoyol” ASC-nin, yerli icra hakimiyyətinin və bələdiyyələrin tərkibində olan yollar daxildir”.

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, kanalizasiya quyuları onların balansında deyil.

“Hərhalda baş vermiş hadisənin səbəbini araşdırmaq lazımdır. Bəlkə yollardakı həmin lyukları kimlərsə açıb və ya oğurlanıb. Ona görə də bu kimi hadisələri araşdırmadan bilmək olmaz ki, məsuliyyəti kim daşıyır”.

 

 

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir