Modern.az

Məktəbəqədər təhsilin yeni formaları yaradılır - SİYAHI

Məktəbəqədər təhsilin yeni formaları yaradılır - SİYAHI

18 Oktyabr 2016, 11:16

Azərbaycanda məktəbəqədər yaşında olan uşaqlar üçün yeni növ təhsil müəssisələri yaradıla bilər.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində bu məsələ öz əksini tapıb.

 

Layihəyə əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib.

 

Bunlar körpələr evi, körpələr evi- uşaq bağçası, məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kopmleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi