Modern.az

"Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilməyəcək"

"Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilməyəcək"

18 Oktyabr 2016, 11:58

Ölkə başçısı İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsi zamanı Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməyəcəyini deyib.


Modern.az agentliyə istinadən xəbər verir ki, Azərbaycan prezidenti qarşıdan gələn prezidentlik marafonunda iştirak edib-etməyəcəyini söyləməyin də tez olduğunu deyib.

“Bizim prezident seçkilərinin tarixini dəyişmək niyyətimiz yoxdur. Mən Azərbaycanda və ölkə xaricində hansı söhbətlərin getdiyini yaxşı bilirəm. Belə planlar yoxdur və buna ehtiyac görmürəm. Növbəti seçkilərə 2 il var və mənim həmin seçkilərdə iştirakımla bağlı düşünmək üçün  kifayət qədər vaxtım var. Bu gün olduğu kimi xalqın dəstəyini hiss etsəm, təbii ki, bu inamı doğrultmağa çalışacam”.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir