Modern.az

Azərbaycanın silah aldığı ölkələrin ADLARI

Azərbaycanın silah aldığı ölkələrin ADLARI

18 Oktyabr 2016, 13:13

Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində həyata keçirilən addımlardan razılığını ifadə edib. Modern.az xəbər verir ki, bu barədə prezident "RİA Novosti" agentliyinə açıqlaması zamanı deyib.

 

“Hərbi sahədə əsas tərəfdaşımız Rusiyadır. Səhv etmirəmsə 5 milyard dollarlıq müqavilələr imzalamışdıq və həmin kontraktların çox hissəsi icra olunub . Yəni bu gün Azərbaycanın əsas silahları Rusiya istehsalıdır. Amma başqa yerlərdən də silah almağımız düşünürəm ki, təbiidir”.

 

Ölkə başçısı rəsmi Bakının Rusiya ilə yanaşı, İran, Belarus, Türkiyə, İsraildən silah aldığını, Pakistanla hərbi əməkdaşlığı inkişaf etdirmək planlarının olduğunu deyib.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu