Modern.az

Gənclərin internet resurslarından səmərəli istifadəsi təbliğ olunur

Gənclərin internet resurslarından səmərəli istifadəsi  təbliğ olunur

Qarabağ

2 Noyabr 2009, 17:47

Gənclər üçün Təhsil Mərkəzi ötən aydan etibarən Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Gənclər üçün İKT Məktəbi” layihəsi çərçivəsində bir sıra fəaliyyətlərin əhatə dairəsini genişləndirib. Mərtkəzin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərində yerləşən internat məktəblərində aparılan maarifçilik işlərinin həm də şəhərdaxili və şəhərətrafı qəsəbələrdə məskunlaşan qaçqın və məcburi köçkün məntəqələrində də davam etdirilməsinə başlanılıb.

Layihənin əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsidir. Layihə çərçivəsində hədəf ərazilərdəki gənclər üçün internet resurslarından səmərəli istifadəyə həsr olunmuş praktik təlimlər keçirilir.

Təlimlərdə iştirakçılara İKT imkanlarından, xüsusilə də internet resurslarından (elektron poçtlar, facebook, skype, axtarış sistemləri və s.) istifadə qaydaları tədris edilir.

Qeyd edək ki, təlimlərin keçirilməsi zamanı internet resurslarından istifadənin səmərəliliyinə xüsusi diqqət yetirilir.

Gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə müxtəlif sahələrdə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq, onların aktiv İKT istifadəçisinə çevrilməsinə çalışmaq və s. vəzifələri öz üzərinə götürən layihənin 2000-dən artıq gənci əhatə etməsi planlaşdırılıb.

       

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir