Modern.az

İlin ilk 6 ayında “Paşa Bank” 24 milyon manat gəlir əldə edib

İlin ilk 6 ayında “Paşa Bank” 24 milyon manat gəlir əldə edib

18 Oktyabr 2016, 15:26

“PAŞA Bank” məcmu kapitalını 450,426 min manat səviyyəsinə çatdıraraq, bu göstəriciyə görə ən iri bank mövqeyini qoruyub saxlayıb. 2015-ci ildə bu rəqəm 432,489 min manat təşkil edirdi". Modern.az saytı xəbər verir ki, bu barədə “PAŞA Bank”ın 2016-cı ilin altı aylıq maliyyə nəticələrinə dair açıqlamasında məlumat verilib. Tədbirdə Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva və Xəzinədarlıq Departamentinin Direktoru Bəhruz Nağıyev çıxış ediblər.

Mətbuat konfransında bildirilib ki, PAŞA Bank Azərbaycanın maliyyə sektorunda daha da genişlənərək, korporativ müştərilər və özəl bankçılıq seqmentlərində maliyyə xidmətləri göstərən, şəffaf biznes prinsiplərinə əməl edən aparıcı banklardan birinə çevrilməyi qarşısına məqsəd qoyub.

 

Bankın 2016-cı ilin birinci yarımilliyi üzrə maliyyə göstəricilərinə görə, 2015-2017-ci illəri əhatə edən cari inkişaf strategiyasının əsas hədəflərindən biri aktivlərin yüksək keyfiyyətini saxlamaqdır. Bank mənfəət və risk arasında tarazlıq yaradaraq, öz aktivlərini yüksəklikvidli və yarımlikvidli aktivlər arasında bölüşdürüb. 2016-cı il iyunun 30-na olan vəziyyətə görə, bankın aktivlərinin ümumi həcmi 2,224,983 min manat təşkil edib (2015-ci il üzrə göstərici 2,292,739 min manat).

 

“PAŞA Bank” ümumi portfelini 4 faiz yüksəldərək kredit artımına (983,679 min manat) nail olub. 2015-ci ilin sonuna bu, 949,848 min manat təşkil edirdi. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 6,5 faiz (2015 – 5,0 faiz) təşkil edib. Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının tələbinə uyğun olaraq və kredit riskləri üzrə qabaqcıl prinsiplərin tətbiq edilməsi nəticəsində, bu ilin iyunun 30-na qeyri-işlək kreditlərin ümumi portfelə nisbəti 5,38 faiz olub (2015-ci il üzrə 3,82 faiz).

 

Açıqlamada bildirilib ki, bank 1.351.912 min manata bərabər balansı olan müştəri bazasını yaratmağa müvəffəq olub. Qeyd edilmiş müştəri bazası balansı əsasən müddətsiz və müddətli hesablar üzrə müvafiq olaraq 60 faiz və 40 faiz nisbətində formalaşıb (2015-ci ilin sonuna müvafiq olaraq 66 faiz və 34 faiz nisbətində). Bankın 2016-cı ilin ilk 6 ayı üzrə xalis mənfəəti 2015-ci ilin eyni dövründə formalaşmış xalis mənfəət ilə müqayisədə artaraq 24,416 min manat olub. 2016-cı ilin ilk 6 ayı üzrə məcmu əməliyyat gəliri 86,300 min manat təşkil edir. Bu isə 2015-ci ilin eyni dövrü üzrə əldə edilmiş 40,625 min manat ilə müqayisədə 112 faiz artım deməkdir. Bankın faiz gəliri 65,372 min manat təşkil etdiyi halda, qeyri-faiz gəlirləri 40,217 min manat olub. Nəticədə bankın ümumi əməliyyat gəlirlərində qeyri-faiz gəlirlərinin nisbəti 47 faiz təşkil edib.

 

Beynəlxalq maliyyə təşkilatları ilə aparılmış əhatəli danışılar nəticəsində “PAŞA Bank” daha geniş çeşidli maliyyə alətlərindən istifadə imkanını əldə etməklə öz korporativ müştərilərinə daha şaxəli ticarətin maliyyələşdirilməsi xidmətlərini təmin etməyə, iki beynəlxalq kredit agentliyinin kredit reytinqini aldıqdan sonra isə maliyyələşdirmə resursları üçün daha əlverişli şərtlər qazanmağa müvəffəq olub. Paralel olaraq, institusional səviyyədə bank öz müştərilərinin vaxtlı-vaxtında və peşəkar xidmətləri təmin etmək potensialını gücləndirmək üçün müxtəlif növ seminar və təlim sessiyaları keçirib. Sənədli əməliyyatların balansı (o cümlədən post-maliyyələşdirmə) 318,243 min manat təşkil edib. 2015-ci ildə isə bu göstərici 347,134 min manat olub. “PAŞA Bank”ın 2016-cı il üçün cari strateji hədəfi 271,440 min manatdır.

 

Altı aylıq maliyyə nəticələrinə görə, bank AMB-nin müəyyən etdiyi 18 faizlik kapital tələblərinə müvafiq olaraq proqnozlaşdırılmış baza kapitalının adekvatlığı əmsalına nail olub (2015-ci ildə - 17 faiz təşkil edib). Bazel I və BASEL III normativləri tamamlandıqdan sonra bank əsas diqqəti tələb olunan kapital həcmlərinin formalaşdırılması, həmçinin kapitalın dividendlər vasitəsilə səhmdarlara qaytarılması üzərində cəmləşdirməyə davam edəcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir