Modern.az

Azərbaycan Avrasiya İttifaqına üzv olacaq? – Prezidentin çıxışına ŞƏRH

Azərbaycan Avrasiya İttifaqına üzv olacaq? – Prezidentin çıxışına ŞƏRH

19 Oktyabr 2016, 13:38

Prezident İlham Əliyev “RİA-Novosti” agentiyinə müsahibəsində Azərbaycanın Avrsiya İttifaqına üzvlük məsələsinin istisna olmadığını deyib.

Xatırladaq ki, Avrasiya İttifaqı 2015-ci ildə Gömrük İttifaqının üzvləri olan Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə yaradılıb.

Avrasiya İttifaqı yaranan zaman  bir neçə dövlətin qoşulacağı söylənilirdi. Hal-hazırda işğalçı Ermənistan, Qırğızıstan da ittifaqın üzvüdür.

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlmasında prezidentin çıxışını şərh edib.  

 

“Dövlət başçısı İlham Əliyev Azərbaycanın Avrasiya İttifaqına üzv olması məsələsini istisna etməyib. Amma paralel olaraq onu da söyləyib ki, indiki vəziyyətdən də razıyıq. Bu o deməkdir ki, yaxın müddətdə  Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi gündəmdə deyil. Digər tərəfdən başqa məsələ də var ki, o da bizim üzv olmağımıza mane olur. Adıçəkilən ittifaqda Ermənistan da var”.

 

Ekspertin sözlərinə görə, işğal prosesinə son qoyulmayana qədər Azərbaycan bu quruma üzv olmayacaq.

 

“Necə ola bilər ki, işğalçı dövlətlə işğala məruz qalan dövlət bir qurum çərçivəsində bir-biri ilə iqtisadi inteqrasiyaya baş vursun?!. Bu, mümkün  olan məsələ deyil. Düzdür,  dövlət başçısı belə fikir bildirdi ki, indiki durumumuz bizim üçün normaldır. Biz bu durumu dəyişmək istəmirik. Bunun özü ondan xəbər verir ki, Azərbaycanın yaxın müddətdə ən azı Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi real  deyil. İndiki şərtlər altında Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü istisnadır”.

 

Politoloq dövlətlərarası inteqrsiya məsələsinə də toxunub.

 

“Düzdür, dövlətlər arasında güclü inteqrasiya yoxdur. Dünya dövlətləri inteqrasiyanın indiki vəziyyətindən narazıdırlar. Belə olan halda, Azərbaycan niyə bu qurumun üzvü olsun ki!

İnteqrasiya məsələsi və iqtisadi vəziyyət yaxşı olsa belə, ortada Azərbaycanın işğal faktoru var. Torpaqlar azad olunmayana qədər, Azərbaycan  Ermənistanla heç bir iqtisadi əlaqə qura bilməz. Bu da Avrasiya İqtisadi Birliyinə üzvlülük məsələsini arxa plana atır”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir