Modern.az

Şəhidlərə verilən müavinətlərə aydınlıq gətirildi

Şəhidlərə verilən müavinətlərə aydınlıq gətirildi

Parlament

19 Oktyabr 2016, 15:19

“Şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin artırılması barədə təkliflər ümumiləşdirilib müzakirə olunduqdan sonra baxıla bilər. Əlbəttə ki, şəhidlərlə bağlı təkliflərə komitəmizdə hər zaman xüsusi həssaslıqla yanaşmışıq”.


Bu sözləri Modern.az saytına müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Deputat 14 oktyabrda Milli Məclisin iclasında həmkarları Aydın Mirzəzadə və Əflatun Amaşovun “şəhidlərə verilən birdəfəlik müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun” təkliflərinə də münasibət bildirib:

“Şəhid ailələrinə verilən birdəfəlik müavinətlərlə bağlı təklifləri ümiləşdirilib komitədə baxılacaq. Müvainətin artırılması məsələsi dövlət büdcəsindən asılı olan məsələdir. Müavinətin müəyyən miqdarda artırılması hələ tam dəqiq deyil. Bunun arxasında maliyyə, pul  olmalıdır. 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir”.

 

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!