Modern.az

Həbsdə olan jurnalistə yeni ittihamlar irəli sürülüb

Həbsdə olan jurnalistə yeni ittihamlar irəli sürülüb

Media

19 Oktyabr 2016, 17:15

Vəkili Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Fikrət Fəraməzoğlu ilə görüşüb.

 

Bu haqda Modern.az-a məlumat verən vəkil Elçin Sadıqov deyib ki, Fikrət Fərəməzoğlu ilə əlavə dindirmə aparılıb:

“Ona Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə yeni məzmunlu absurd ittihamlar irəli sürüldü. İttiham kökündə onun söz azadlığı durur. İttihamlar əsasında ölkədə əxlaqsız yuvalar təşkil edilməsi barədə Fikrət İbişbəylinin yazıları durur. Obyekt sahibləri şikayət ediblər ki, Fikrət Fəraməzoğlunun yazıları qərəzlidir, yalandır, onların şərəf və ləyaqətini ləkələyir. Fikrət Fəraməzoğlu bu yazıları onlardan pul tələb etmək məqsədilə yazıb”.

Vəkil deyib ki, ortada pul tələb edilməsi ilə bağlı heç bir sübut yoxdur:

“Biz istintaq qarşısında Fikrət Fəraməzoğlunun obyekt işlədənlərlə görüşmədiyini sübut etmək üçün Fikrətin və onların mobil telefon lokalizasiyalarının, danışıqların ələ keçirilməsi, müvəkkilimin cibinə qoyulan pulların üzərindəki əl-barmaq izlərinin çıxarılması və kimə məxsus olduğunun müəyyən edilməsi, Fikrətin tutulduğu ərazinin kamera lent yazılarının tələb edilməsi barədə vəsatət qaldırdıq”.


E.Sadıqov qeyd edib ki, işgəncə faktı ilə bağlı Baş Prokurorluğun əməkdaşalrı Fikrət Fəraməzoğlunu dindiriblər və o işgəncə barədə ətraflı ifadə verib.

 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu "JAM.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: DİN-in məlumatına görə, müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi