Modern.az

erevan.az fəaliyyətə başlayır

erevan.az fəaliyyətə başlayır

19 Oktyabr 2016, 18:14

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Demokratik İslahatçı Gənclər İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə “www.erevan.az internet jurnalınin hazırlanması layihəsi çərçivəsində   www.erevan.az, www.yerevan.az və www.iravan.az  domenlərini özündə birləşdirən online jurnalınin təqdimatını keçirib.

İctimai Birliyin rəhbəri Vüsalə Hüseynlı bildirib ki, bu gün təqdim olunan elektron jurnal rus və Azərbaycan dillərində hazırlans ada, gələcəkdə bu saytın bir neçə dildə fəaliyyət göstərməsi nəzərdə tutulur: “Bu saytın əsas məqsədi, qədim Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən mənimsənilməsi faktının dünya ıctımaiyyətinə çatdəırılmasıdır. Biz istəyirik ki, dünya İrəvanın qədim Azərbaycan torpağı olmasını, İrəvanın tarixini, ziyalılarını, Azərbaycan tarixinin  silinməz səhifəsi olan  Qərbi Azərbaycan torpaqlarına məhfur qonşularımızın yerləşdirilməsi faktları ilə tanış olsun. Bu umumi ışımızə,xüsusilə, beynəlxalq təbliğata öz faydasını verə bilər. Biz bu saytda 4 dəfə öz doğma yurdlarından didərgin düşmüş insanların dünyaya çağırışını ünvanlamışıq”.

Birlik rəhbəri onu da vurğulaylb ki, saytda tarixi faktlar yer alsa da, jurnal informasiya jurnalı kimi fəaliyyətini davam etdirəcək: “Təbii ki, informasiya ilə yanaşı, mütəmadi olaraq, tarixi araşdırmalar da saytda öz yerini alacaq”.

Tədbirdə çıxış edən millətvəkili Qənirə Paşayeva jurnalın kollektivini bu layihəni reallaşdırdığına görə təbrik edib. O bildirib ki, görülən iş Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, İrəvan adının dünyaya təqdimatı baxımından ciddi işdir: “ Düşünürəm ki, bu istiqamətdəişi davam etdirərək, jurnalı daha da zənginləşdirmək, müvafiq qurumlarla sıx iş birliyi qurulmalıdır. Elektron saytın rus dilində təqdimatı bu dildə danışan geniş auditoriya ilə işin qurulması baxımından təqdirəlayiq haldır”.

Millət vəkili gələcəkdə, jurnalda İrəvan ziyalıları və İrəvan mətbəxi ilə bağlı da müəyyən bölmələrin açılması təklifini səsləndirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli saytın  günümüz üçün aktual olan mövzuya müraciət etməsini alqışlayaraq, bu işdə Mətbuat Şurasının dəstəyini ifadə edib.

Tədbir müzakirələrlə davam edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır