Modern.az

Abel Məhərrəmovun qardaşı təltif edildi

Abel Məhərrəmovun qardaşı təltif edildi

19 Oktyabr 2016, 19:00

Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı sərəncamla Məhərrəm Məhərrəmov “Tərəqqi” medalı ilə təltif edilib.

Modern.az xəbər verir ki. M.Məhərrəmova dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı verilib.

 

Məhərrəm Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun qardaşıdır. O, Prezident Administrasiyasında məsul vəzifədə çalışır.

Qeyd edək ki, Məhərrəm Məhərrəmov 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalına da layiq görülüb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır