Modern.az

Prezident Rusiyanın Suriya siyasətini niyə DƏSTƏKLƏDİ?

Prezident Rusiyanın Suriya siyasətini niyə DƏSTƏKLƏDİ?

Ölkə

20 Oktyabr 2016, 11:32

 

“Rusiyanın Suriya ilə bağlı siyasətinə tamamilə bəraət qazandırmaq olar. Rusiya həmişə bildirir ki, ekstremistlərə, terrorçulara, radikallara  qarşı səyləri birləşdirmək lazımdır”.

 

Bunu Azərbaycan prezidenti İlham Əliyev "RİA Novosti"yə müsahibəsində deyib.

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında prezidentin fikirlərini şərh edib.

 

“Prezident İlham Əliyev, dövlətlərin maraqları nəzərindən çıxış edib. Həmçinin, Rusiya ən yaxın strateji müttəfiqimizdir. Prezidentin həm Suriya məsələsinə dair həm də Türkiyə-Suriya münasibətlərinə dair Son dövrlərdə Türkiyənin İŞİD-ə,  PKK-ya qarşı apardığı antiterror əməliyyatları haqqında söylədikləri tam olaraq həqiqəti əks etdirir. Qardaş ölkənin prezidenti kimi çox böyük təəssübkeşlik nümayiş etdirir. Bunu alqışlayıram”.

Siyasi ekspert  bildirib ki, Azərbaycan da terrordan əziyyət çəkən dövlətlərdəndir.

“Dünyanın hansı nöqtəsi olursa-olsun, Azərbaycan terrora qarşı mübarizəyə qoşulur. Prezidentin çıxışında bu notlar çox yüksək səviyyədə səsləndirildi. Bu o deməkdir ki, Azərbaycan terrorun qəti əleyhinədir. Yeri gələndə antiterror fəaliyyətinə dəstək vermək niyyətindədir. Azərbaycan, terrorizmin bütün dünyada kökünün kəsilməsinin, insanların terrordan əzab çəkməməsinin tərəfdarıdır”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı