Modern.az

Bakıda şagirdi döyən müəllim və direktor işdən çıxarıldı

Bakıda şagirdi döyən müəllim və direktor işdən çıxarıldı

Aktual

20 Oktyabr 2016, 13:34

Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumat aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb.

 

Bu barədə Modern.az-a Bakı şəhəri üzrə Təhsil idarəsindən verilib.

 

Məlumatda deyilir ki, idarə tərəfindən müəllimin orta məktəb şagirdinə qarşı xəsarət yetirməsi faktı üzrə tədbirlər görülüb.

 

Belə ki, Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumatlar aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb. Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, S.İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb.

 

Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

 

Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv olunub.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!