Modern.az

Ömürlük məhbusların şikayətinə baxılacaq

Ömürlük məhbusların şikayətinə baxılacaq

Aktual

20 Oktyabr 2016, 15:00

Oktyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanovun, Səfa Poladovun və Arif Kazımovun apelyasiya şikayətlərinə baxılacaq.

 

Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

 

O bildirib ki, proses saat 11:00-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək.

 

E.Sadqıvo deyib ki, şikayət həmin şəxslərin barələrindəki ömürlük azadlıqdan məhrumetmə cəzasının 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə ilə əvəz edilməsi barədə Qaradağ rayon məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qərarından verilib.

 

E.Əmiraslanov, A.Kazımov və S.Poladov keçmiş "OMON"un – Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri olublar.

 

Onlar 1997-ci il noyabrın 28-də Ali Məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum olunublar. Hər üç məhkum vətənə xəyanət maddəsi ilə ittiham olunub. 

 

E.Əmiraslanov, A. Kazımov və S.Poladov 16 dekabr 1996-ci ildən bəri cəza çəkirlər və 16 dekabr 2016-cı ildə cəzalarının 20 ili tamam olur.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!