Modern.az

Bakıda çörək festivalı keçirildi

Bakıda çörək festivalı keçirildi

20 Oktyabr 2016, 16:05

Oktyabrın 20-də Bakıda ilk dəfə olaraq Beynəlxalq Kulinariya Günü çərçivəsində I Beynəlxalq Çörək Festivalı keçirilib.

 

Modern.az xəbər verir ki, “Muğan ocağı” restonında baş tutan tədbirdə Azərbaycanın 24 şəhər və rayonu və Türkiyə, Özbəkistan, Qazaxıstan təmsilçiləri də iştirak ediblər. Festivalda bölgələr və ölkələr üzrə ayrılmış yerlərdə hər bir yer üçün xarakterik olan çörək və çörək məhsulları qonaqlara təqdim edilib.

Tədbirdə Azərbaycanın aşağıdakı şəhər və rayonlarından gələn iştirakçılar həmin bölgələrə məxsus çörəkləri sərgiləyib: Abşeron,  Ağdaş,  Ağsu, Astara, Bakı, Balakən, Gəncə, Göyçay, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qusar, Laçın, Neftçala, Oğuz, Sumqayıt, Şamaxı, Şəki, Şuşa, Zaqatala, Zəngilan, Zərdab, Qobustan.

 

Qeyd edək ki, 115 ölkədə qeyd olunan Beynəlxalq Kulinariya Günü 2004-cü ildən keçirilir.

Tədbirdə iştirak edən Milli Məclisin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva festivalın keçirilməsini yüksək qiymətləndiriblər.

Sonra festivalda iştirak edənlərə diplomlar təqdim edilib.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər