Modern.az

Milli Məclisin iclası başladı  

Milli Məclisin iclası başladı    

28 Oktyabr 2016, 11:03

Milli Məclisin növbəti iclası başlayıb. Modern.az-ın məlumatına görə, gündəliyə ümumilikdə 25 məsələ daxildir.

İclasda Azərbaycanla bir sıra xarici ölkələr arasındakı beynəlxalq sazişlərin təsdiq edilməsi və bir neçə qanun layihələrinə dəyişiklik nəzərdə tutulub.

Milli Məclisin 28 oktyabrdakı iclasının gündəliyinə bu məsələlər daxildir:

 

Cinayət Məcəlləsinə dəyişiklik

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik

“Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişiklik

“Televiziya və Radio yayımı haqqında” qanuna dəyişiklik

“İctimai Televiziya və Radio yayımı haqqında” qanuna dəyişiklik

“Telekommunikasiya haqqında” qanuna dəyişiklik

“Elektroenergetika haqqında” qanuna dəyişiklik

“Qaz təchizatı haqqında” qanuna dəyişiklik

“Su təchizatı və tullantı suları haqqında” qanuna dəyişiklik

“Yol hərəkəti haqqında” qanuna dəyişiklik

“Avtomobil yolları haqqında” qanuna dəyişiklik

“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik

Gömrük Məcəlləsində dəyişiklik

“Kredit Büroları haqqında" qanun layihəsinin müzakirəsi (İkinci oxunuşda)

“Məktəbəqədər Təhsil haqqında” qanun layihəsinin müzakirəsi (Birinci oxunuşda)

“Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 21-ci tərəflər konransı zamanı qəbul edilmiş Paris sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsinin təsdiqi

"Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında bitki mühafizəsi və bitki karantini haqqında əməkdaşlıq sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsi

“Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin bəyannaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi.

 

Ağa AKİFOĞLU

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir