Modern.az

Tale Heydərov Ronaldinyonu Bakıya niyə gətirdiyini AÇIQLADI

Tale Heydərov Ronaldinyonu Bakıya niyə gətirdiyini AÇIQLADI

Aktual

20 Oktyabr 2016, 16:44

Ronaldinyonun Bakıya səfərini bir müddətdir planlaşdırırdıq. Bu gün imkan oldu. Bakıya səfər etdiyinə görə çox sevinirik”.

Modern.az-ın xəbərinə görə, bu fikirləri "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov bildirib. 

Onun sözlərinə görə, səfərdə məqsəd Ronaldinyo Akademiyasının açılmasıdır:

 

“Qəbələdə belə bir akademiya olsa da, Bakıda da yaradılmasını məqsədəuyğun saydıq. Ümidvarıq ki, bu akademiya gənclərin futbola marağını artıracaq. Bundan başqa, Ronaldinyo öz fəlsəfəsini quracaq, şəxsən iştirak edəcək”.

Taleh Heydərov deyib ki, akademiyanın harada yerləşəcəyi hələlik məlum deyil:

“Bununla bağlı danışıqlar aparılacaq və qərar verəcəyik. AFFA bizə dəstək verəcəyinə söz verib.

 

Ronaldinyo ən sevdiyim futbolçulardan biridir. Əlbəttə, ilkin olaraq Azərbaycana gəlməsi mövzusu yox idi. Amma elə gətirdi ki, biz danışıqlara başladıq. Özü də maraqlı olduğunu bildirdi. Ronaldinyo akademiyalarının bir neçə ölkədə fəaliyyət göstərməsindən məlumatlı idik. Eyni zamanda, "Qəbələ" futbol akademiyasının neçə ildir Azərbaycanda fəaliyyət göstərməsi və klubumuzun marağını nəzərə alaraq danışıqlara başlanıldı.

 

 Çox sevinirik ki, bu, baş tutdu. Bu səfərlə əlaqədar "Qəbələ"nin Fransada "Sent Etyen"lə oyununu izləyə bilməyəcəyəm. Çox çətin oyun olacaq. Amma futbolçular və məşqçilər bütün bacarıqları ilə mübarizə aparacaqlarına söz veriblər. Vaxt çox azdır. Ancaq Ronaldinyo çalışacaq ki, "Qarabağ"ın PAOK-la oyununu izləsin. Bu, səfər proqramından asılı olacaq", - deyə "Qəbələ"nin prezidenti əlvə edib.

 

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?