Modern.az

Vasif Talıbov Britaniya səfiri ilə müzakirə apardı

 Vasif Talıbov Britaniya səfiri ilə müzakirə apardı

20 Oktyabr 2016, 18:52

Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüşüb.

 

Ali Məclisin sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onu Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib.

Blokada şəraitində yaşayan Naxçıvanda iqtisadi inkişafın, sabitliyin, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri diqqətə çatdıran V.Talıbov ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb.

 

K.Krofts göstərilən xoş münasibətə görə minnətdarlıq edib, muxtar respublika haqqında ətraflı məlumata malik olduğunu və görülən işlərin məmnunluq doğurduğunu bildirib. Siyasi və iqtisadi cəhətdən Naxçıvanın əhəmiyyətini qeyd edən səfir əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır