Modern.az

Sekslə ən çox məşğul olan canlılar, bu sırada insan yoxdur  – MARAQLI

Sekslə ən çox məşğul olan canlılar, bu sırada insan yoxdur  – MARAQLI

20 Oktyabr 2016, 19:46

Heyvanların fizioloji özəllikləri ilə paralel olaraq onların intim həyatı da alimlər tərəfindən daim diqqətdə saxlanılır. Xüsusən. ən çox sekslə məşğul olan canlının adını bilmək yəqin ki, hər kəs üçün maraqlı olar.

Modern.az məsələ ilə bağlı kiçik araşdırma aparıb.

Heyvan və həşərat aləminin “seks əjdahası” parabüzən böcəkləri hesab olunur. Bu böcəklər sutkada 9 saata qədər sekslə məşğul ola bilər. Bu zaman onlar 3 dəfəyə qədər ardıcıl orqazm keçirirlər. Hər orqazm isə ayrı-ayrılıqda 1-1,5 saata qədər davam edir. İnsanlarla parabüzənlərin intima həyatını oxşar edən cəhət isə bu böcəklərin də cinsi xəstəliklərdən əziyyət çəkmə ehtimalının olması ilə bağlıdır.

Erkək şirlər isə cinsi aktivlik dövründə sutkada 80 dəfə intim əlaqəyə girmək potensialına malikdilər.

Avtraliya kenqurusu isə gündə 5 dəfə cütləşmək qabiliyyətindədir.

Ağacaqanadlarla yaxınlığı olan moskit həşəratları isə dünyada davamlılığına görə ən qısa cinsi əlaqədə olan canlıdır. Moskitlər adətən, 2-3 saniyəyə cütləşirlər.

Ən çox eyakulyasiya (orqazm) keçirən canlı isə xomyak (dağ siçanı) hesab olunur. Belə ki, onlar 1 saata 50 dəfəyə qədər orqazm keçirə bilər.

Osminoqlar isə başqa bir cinsi anormallığı ilə seçilirlər. Belə ki, erkək osminoqlar seks zamanı tez-tez öz cinsi orqanlarını dişi osminoqun içində unudurlar. Lakin qısa müddətdə onların yeni cinsi orqanı yetişir.

Tilovlukimilər dəstəsinə aid olan Lophioidei balıqları isə çox amansız seks həyatına malikdir. Belə ki, cütləşən zaman erkək Lophioidei dişi partnyorunu dişləyir və öz sperması qarşlığında dişi balığın qanını içir. Seksdən sonra adətən erkək Lophioidei dişi tərəfdaşının içində yaşamağa başlayır. Bəzi hallarda ölü tapılan dişi Lophioidei-nin içindən 6-8 ədəd erkək həmcinsinin qalıqları tapılır.

Afrika böcəyi intim həyatı ilə deyil, intim orqanı ilə seçilir. Onun penisi bədəninin 3/2 hissəsinə çatır.

 

Vüqar İSMAYILOV

 

   

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar