Modern.az

Azərbaycanlı fotomüxbirin Norveçdə sərgisi açılacaq

Azərbaycanlı fotomüxbirin Norveçdə sərgisi açılacaq

20 Oktyabr 2016, 20:02

Azərbaycanlı fotomüxbirin Norveçdə sərgisi olacaq. Modern.az saytı xəbər verir ki,  Azpress.az-ın məlumatına görə, Azərbaycanlı peşəkar fotomüxbir Rüstəm Fərman İsmayılov uzaq səfərə , peşəkar fərdi foto- sərgisinin açılışında iştirak etmək üçün, Norveçin Oslo şəhərinə yola düşüb.Nəzərinizə çatdırırıq ki, bu onun sırf fotoları ilə bağlı xaricdə ilk peşəkar fərdi foto- sərgisidi. Sərginin keçirilməsində məqsəd, ölkəmizin gözəl təbiətini, savadlı gənclərini, mədəniyyətimizi, tariximizi və ölkəmizdə yaşayan xalqlara olan münasibətimizi əks etdirməkdir. Fotomüxbir Avropa oyunları zamanı prezident İlham Əliyev və Avropa Çempionu İlham Zəkiyevin birlikdə qələbə sevinicini zamanında peşəkarcasına kadrlarında canladıran fotomüxbirdir. Sərgi 21-23 oktyabr 2016-cı il tarixlərində Norveçin paytaxtı Oslo şəhərində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə keçiriləcəkdir. Sərgi Azərbaycan Respublikasının Müstəqilliyinin 25-ci ildönümünə həsr edilib. Sərgidə ölkəmizin tarixinə, təbiətinə, mədəniyyətinə, gənclərinə və tolerantlığına həsr edilmiş fotolar təqdim olunacaqdır. Sərgi Oslo şəhərinin Saqene Könüllülər Mərkəzində Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və Oslo Azərbaycan Evinin dəstəyi ilə keçiriləcəkdir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?