Modern.az

Prezident “ASAN Viza” sistemi haqqında Əsasnamə”ni təsdiq edib

Prezident “ASAN Viza” sistemi haqqında Əsasnamə”ni təsdiq edib

Aktual

20 Oktyabr 2016, 20:15

Azərbaycan Prezidenti İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Modern.az saytı xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılır.

 

Eləcə də,Nazirlər Kabinetinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin, fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır