Modern.az

Hindistanda ağır qəza: 22 ölü

Hindistanda ağır qəza: 22 ölü

20 Oktyabr 2016, 21:32

Hindistanda ölümlə nəticələnən daha bir avtobus qəzası baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Riasi dairəsində baş verib. Cammu və Kəşmir ştatında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 22 nəfər ölüb, onlarla insan yaralanıb.

 

Belə ki, Avtobus yoldan çıxaraq dərin uçuruma yuvarlanıb. Hadisə zamanı avtobusda 45 sərnişin olub.

 

Xəsarət alan sərnişinlərin əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq