Modern.az

İsraildə dəhşətli teraktın qarşısı alınıb

İsraildə dəhşətli teraktın qarşısı alınıb

20 Oktyabr 2016, 23:33

İsrailin xüsusi xidmət orqanlarının əməkdaşları ölkə ərazisində güclü partlayış planlaşdırmaqda şübhəli bilinən və Qəzza zolağından olan bir qrup fələstinlini həbs ediblər.

 

Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, istintaqın materiallarına əsasən, saxlanılan dörd nəfərlik qrup Qəzza zolağında fəaliyyət göstərən “İslami cihad” qruplaşmasının tapşırığı ilə hərəkət edib.

 

Məlumata görə, saxlanılanlar həmçinin israilli hərbçi oğurlamağı planlaşdırıblar.

 

Modern.az

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?