Modern.az

Məşhurların övladları: Ənvər Seyidovun hüquqşünas oğlu - FOTO

Məşhurların övladları: Ənvər Seyidovun hüquqşünas oğlu - FOTO

Mədəni̇yyət

21 Oktyabr 2016, 09:32

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, elm,idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız Azərbaycanda tanınmış məhkəmə hakimi Ənvər Seyidovun oğlu Fərrux Seyidov haqqındaddır.

O Ənvər Seyidov ki, adı bir çox qalmaqallı məhkəmə proseslərinə sədrlik etmiş hakim kimi keçib. 67 yaşlı hakim əmək fəaliyyətinə 1964-cü ildən başlayıb. Səhiyyə və rabitə sahələrində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Ədliyyə Nazirliyi sisteminə gəlməklə, bir sıra vəzifələrdə, o cümlədən Respublik VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad rayon Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin üzvü və Həmkarlar Komitəsinin sədri vəzifələrini tutub.

1994-99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Secki Kommisiyasının üzvü, təftiş qurupunun rəhbəri olub.

Hazırda Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimidir. 

"Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi" (2003), "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları" (2008), "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" (2008), “Cinayət prosesində insan hüquqlarının təminatı məsələləri: Beynəlxalq standartlar və dövlətdaxili qanunvericilik” (2012) kitablarının müəllifidir.

Çoxları yəqin bilmir ki, Ənvər Seyidov hakimliklə yanaşı, həm də bədii yaradıcılıqla məşğuldur. Belə ki, o, bir sıra romanların müəllifidir. 
Ə.Seyidov “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvüdür. 

Ə.Seyidov "Qızıl Qələm", "Qızıl Qılınc" və Rəsul Rza adına mükafatlara layiq görülüb. "Təlatüm", "Gürzə", “Ünvansız eşq” və “Dələduzlar” romanları əsasında bədii televiziya filmləri çəkilib. “Tale yolları”, “Həyat duyğuları” əsərlərinin də müəllifidir. 

Ə.Seyidov Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür. Hərbi rütbəsi polkovnik, birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru, professordur. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmaqla yanaşı hüquq elmləri doktoru, professordur. Azərbaycan Pedoqoji Universitetinin Elmi Şurasının üzvüdür.

Qeyd etdiyimiz kimi, Ənvər Seyidov bir sıra qalmaqallı məhkəmə işlərinə sədrik etmiş hakim kimi tanınıb. Cəmiyyətdə onun hakimlik fəaliyyətinə birmənalı münasibət yoxdur. Bəziləri onu ədalətsiz hakim kimi xarakterizə edir. Sonuncu dəfə Ə.Seyidovun adı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yazdığı rezonanslı məktubla media və ictimaiyyətin diqqət mərkəzində olub.
MTN tərəfindən qanunsuz həbs olunan bir qrup təqsirləndirilən şəxsə bağlı qapılar arxasında 10-14 il həbs cəzası kəsən Ənvər Seyidov daha sonra nazir Eldar Mahmudova məktub yazaraq, həmin insanları şərləyib həbs edən, onlara böhtan atıb, ağır işgəncəyə məruz qoyan MTN-nin Antiterror Mərkəzinin bir qrup əməkdaşını “vicdanlı” və “ləyaqətli” hərəkətlərinə görə  mükafatlandırmağı xahiş edib.

MTN ləğv ediləndən sonra “vicdanlı” və “ləyaqətli” hərəkətlərinə görə  mükafatlandırılmaları  xahiş olunan həmin poqonlu quldurların əksəriyyəti həbsə düşüb.
Ənvər Seyidovun təriflədiyi Antiterror Mərkəzinin rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev (təcridxanada intihar edib-red.) də həbsxanaya salınıb.


Ənvər Seyidovun oğlu Fərrux Seyidov da atası kimi hüquqşünasdır. 18 aprel 1982-ci il təvəllüdlü Fərrux Seyidov 1998-ci ildə Bakının Yasamal rayonundakı 176 saylı orta məktəbi bitirib. Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

2002-2004-cü illərdə BDU-nun Hüquq fakültəsinin magistraturasında oxuyub. 2004-2007-ci illərdə həmin fakültənin aspiranturasının əyani şöbəsində təhsilimi davam etdirərək, 2008-ci ildə «Dövlət və hüquq Nəzəriyyəsi və tarixi; siyasi və hüquqi təlimlər» ixtisası üzrə «Qanunvericilik texnikası və Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 

Əmək fəaliyyətinə 1998-də başlayan Fərrux Seyidov 2000-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasında inspektor vəzifəsində işləyib. Daha sonra iş yerini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə dəyişib.

2003-cü ildən hal-hazıradək Konstitusiya Məhkəməsində çalışır. O, hazırda Konstitusiya Məhkəməsi Aparatında Məhkəmə iclaslarının təşkili sektorunun müdiri vəızifəsini tutur.

Fərrux Seyidov bununla yanaşı, həm də, Bakı Dövlət Universitetində dərs deyir. Belə ki, o, 2006-cı ildən BDU-nun Hüquq fakültəsində Dövlət və Hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimdir.

Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik olan F.Seyidov dövlət qulluğunun baş müşaviri kimi həm də "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmaq şansına nail olub.



A.Qorxmaz

 

***

Həmçinin oxu:

Tağı Əhmədovun hakim oğlu
//modern.az/articles/49878/1/

Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/

Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/

Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/

Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/

Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/

Nazim İmanovun diplomat oğlu
//modern.az/articles/54901/1/

Aslan İsmayılovun hüquqşünas oğlu
//modern.az/articles/55364/1/

Elçin Əfəndiyevin hüquqşünas qızı
//modern.az/articles/55796/1/

Allahşükür Paşazadənin filosof qızı
//modern.az/articles/56061/1/

Ramiz Mehdiyevin professor qızı
//modern.az/articles/56459/1/


Şəmsəddin Hacıyevin dekan qızı
//modern.az/articles/57209/1/

Kəmaləddin Heydərov və kiçik oğlu
//modern.az/articles/57885/1/

Kamal Abdullanın prorektor oğlu
//modern.az/articles/58458/1/

Sabir Əhmədlinin şəhid oğlu
//modern.az/articles/58734/1/
Şəfiqə Məmmədovanın kinoşünas oğlu

//modern.az/articles/59187/1/

Mirşahin Ağayevin uşaqları - oğlanları və qızı
//modern.az/articles/59971/1/

Oqtay Şirəliyevin telejurnalist qızı - FOTOLAR
//modern.az/articles/63033/1/

Çingiz Abdullayevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/63426/1/

Səməd Seyidovun doktorant oğlu - FOTO
//modern.az/articles/64545/1/


Cahangir Əsgərovun sənətşünas qızı - FOTO
//modern.az/articles/65112/1/

Rövnəq Abdullayevin oğlu - FOTO
//modern.az/articles/65480/1/

Əbülfəs Qarayevin menecer qızı -FOTO
//modern.az/articles/66914/1/

Elman Rüstəmovun modelyer qızı - FOTOLAR
//modern.az/articles/67761/1/

Hafiz Paşayevin maliyyəçi oğlu - FOTO
//modern.az/articles/70502/1/

Mir Cəlal Paşayevin dosent qızı - FOTO
//modern.az/articles/71109/1/

Elçin Əfəndiyevin diplomat qızı - FOTO
//modern.az/articles/71465/1/


Elmar Məmmədyarovun oğulları - FOTO
//modern.az/articles/71879/1/

Əli Nağıyevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/72554/1/


Eldar Mahmudovun yazar qızı – FOTO
//modern.az/articles/74356/1/


Azad Rəhimovun menecer oğlu – FOTO
//modern.az/articles/76420/1/#gsc.tab=0

Maqsud İbrahimbəyovun rejissor oğlu – FOTO
//modern.az/articles/76828/1/#gsc.tab=0

Mənsum İbrahimovun diplomat qızı
//modern.az/articles/80843/1/

Firudin Cəlilovun cərrah oğlu
//modern.az/az/news/87563/#gsc.tab=0


Elçin Şıxlının menecer oğlu - FOTO
//modern.az/az/news/106232#gsc.tab=0


Lütfi Zadənin qumarbaz oğlu
– FOTO
//modern.az/az/news/114633#gsc.tab=0

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu