Modern.az

Abşerondakı partlayışda yanan ər-arvad Türkiyəyə aparıldı

Abşerondakı partlayışda yanan ər-arvad Türkiyəyə aparıldı

Aktual

21 Oktyabr 2016, 09:54

Dünən Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alanlardan 2 nəfər  - ər və arvad müalicə məqsədilə Türkiyəyə aparılıb.

Respublika Yanıq Mərkəzindən Modern.az-a bildirilib ki, bunlar xəsarət alan ev sahibi Müşviq Qurbanov və həyat yoldaşı Şəbruz Novruzovadır.

Qurbanovlar ailəsinin hadisə nəticəsində xəsarət alan 12 yaşlı qızı Leyla Qurbanlının isə vəziyyəti sabit olduğundan müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir.

Qeyd edək ki, oktyabrın 20-də səhər saat 5:00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində "Azəravtoyol" ASC-nin Aparat rəhbəri M.Qurbanovun mənzilində qaz sızmasından partlayış baş verib.

Hadisə nəticəsində M.Qurbanov və həyat yoldaşı, tanınmış cərrah Ş.Novruzova, qızları - 2004-ci il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri alıblar.

Ailənin digər üzvü - 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasının dəyişib

 

Ağa AKİFOĞLU

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür