Modern.az

Bu il qidadan zəhərlənlərin sayı - RƏQƏM

 Bu il qidadan zəhərlənlərin sayı - RƏQƏM

21 Oktyabr 2016, 11:29

Bu ilin 9 ayında Azərbaycanda 773 nəfər qidadan zəhərlənib, 1 nəfər isə dünyasını dəyişib.

 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Modern.az-a verilən məlumata görə, ötən müddətdə 520 qida zəhərlənməsi hadisəsi baş verib.

 

Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm baş verib.

 

Bu ilin sentyabrında Azərbaycanda 49 qida zəhərlənməsi baş verib, bunlardan 81 nəfər zərər çəkib. Sentyabrda 2 botulizm hadisəsi baş verib ki, bundan da 2 nəfər zəhərlənib.

 

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində 523 qida zəhərlənməsi hadisəsi, 746 nəfər zərərçəkən qeydə alınmışdı. Ötən ilin qeyd edilən ayları ərzində 13 botulizm hadisəsi nəticəsində 19 nəfər botulizmlə xəstələnib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir