Modern.az

Heç bir Azərbaycan filmi bu il “Oskar”a namizəd göstərilməyib - SƏBƏB

Heç bir Azərbaycan filmi bu il “Oskar”a namizəd göstərilməyib - SƏBƏB

Mədəni̇yyət

21 Oktyabr 2016, 12:48

Azərbaycandan bu il “Oskar” mükafatına heç bir film namizəd göstərilməyib. Bunu Modern.az-a açıqlamasında Azərbaycan “Oskar” komissiyasının üzvü, rejissor Şamil Əliyev deyib.

 

O, bildirib ki, Azərbaycanda “Oskar” komitəsinə yerli film istehsalçıları yeni film təqdim etməyiblər.

 “Filmləri komitəyə studiyalar təqdim etməlidirlər. Bu da studiyaların öz seçimləridir. Demək ki, heç bir film təqdim olunmayıb. Əgər hansısa studiya tərəfindən komitəyə film təqdim olunsaydı, ona baxılardı”.

 

Şamil Əliyev Azərbaycanda çox yaxşı filmlərin çəkildiyini də qeyd edib.

“Bu filmlər dünyanın bir çox müsabiqələrinə təqdim olunur. Buna misal olaraq, “Çölçü” filmin göstərmək olar. Bu film beynəlxalq müsabiqələrdə təqdim olunub. Yetərincə də mükafat alıb”.

 

Rejisor həmçinin deyib ki, biz  Azərbaycan “Oskar” komissiyasının üzvlərini çalışırıq ki, gizli saxlayaq.

“Bu elə də olmalıdır. Çünki, bu üzvlərə də hər hansı bir təsir olmasın. Müstəqil və dövlət studiyaları komitəyə filmlərini təqdim edə bilərlər. Bu filmlərin seçimi zamanı tam şəffaflıq gözlənilir”.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır