Modern.az

AZAL bu smartfonların təyyarəyə gətirilməsini QADAĞAN ETDİ

AZAL bu smartfonların təyyarəyə gətirilməsini QADAĞAN ETDİ

21 Oktyabr 2016, 12:52

"Azərbaycan Hava Yolları" (AZAL) QSC aviareyslərində “Samsung Galaxy Note 7” smartfonlarının əl yükündə və qeydiyyatdan keçən baqajda daşınmasını tam qadağan edib.

 

AZAL-ın mətbuat xidmətindən Modern.az- a verilən xəbər görə, bu qərar ABŞ və bütün dünya üzrə digər sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul edilib:

"Əl yükündə smartfon aşkarlandığı halda telefon sahibi smartfonu yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə minməsindən imtina edilə bilər, çünki aviaşirkət hava limanında saxlama xidmətləri vermir".

 

Bildirilib ki, əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə, onu dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə saxlamaq lazımdır:

“Həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək və sərnişinin tələb etməsinədək hava limanında itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək.

 

Başa düşürük ki, təyyarənin göyərtəsində bu telefonun istifadəsinə qadağa sərnişinlərdən bəzilərində narahatlıq yarada bilər, lakin "Azərbaycan Hava Yolları" üçün prioritet ilk növbədə göyərtədə təhlükəsizliyin təmin edilməsidir".

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir