Modern.az

Daha bir qadın Trampın cinsi təcavüzündən şikayətləndi

Daha bir qadın Trampın cinsi təcavüzündən şikayətləndi

Aktual

21 Oktyabr 2016, 12:58

ABŞ prezidentliyinə Respublikaçılar partiyasının namizədi Donald Trampın seksual kələkbazlığı ilə bağlı qalmaqal səngimir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yoqa üzrə təlimatçı Karena Virciniya bəyanatla çıxış edib.

 

Onun sözlərinə görə, 1998-ci ildə Donald Tramp ona qarşı Nyu-Yorkun küçəsində çirkin hərəkət edib. Qadın deyib ki, US Open tennis turnirindən sonra taksi gözləyərkən Tramp onu sinəsinə götürərək onun ünvanın ikibaşlı fikirlər söyləyib.

 

Qadın deyib ki, o digər kişilərlə birgə istirahət edəndə Tramp ona tərəf qışqıraraq bərkdən gülüb: “Siz yalnız onun ayaqlarına baxın!. O sonra tanış olmayan qadına yaxınlaşaraq əllərini yanına sallayıb, müqavimət cəhdlərinə isə belə cavab verib: “Sən, ümumiyyətlə, mənim kim olduğumu bilirsən?”.

 

Buna qədər KİV-lərdə 9 qadına qarşı Trampın bu cür intim xarakterli münasibəti haqda məlumatlar yayılıb. Məsələn, bir neçə gün əvvəl 63 yaşlı Keti Xeller söyləyib ki, təxminən 20 il əvvəl, 1997-ci ildə siyasətçi iki dəfə onu şahidlərin gözü qarşısında öpməyə cəhd edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır