Modern.az

Problemli kreditlərlə bağlı mühüm qərar veriləcək

Problemli kreditlərlə bağlı mühüm qərar veriləcək

21 Oktyabr 2016, 13:07

Problemli kreditlərlə bağlı yaxın günlərdə qərar qəbul ediləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda sistem əhəmiyyətli banklara dəstək mexanizmi hazırlayıb.

 

Modern.az-ın xəbərinə görə, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. Palata sədri söyləyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini "bir dam altında" birləşdirməyi planlaşdırır.

 

R. Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:

 

“Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir